Accessibility links

Britaniyalı müğənni Sem Smit musiqi sənayesi üzrə Los Ancelesdə keçirilən 57-ci Grammy mükafatı mərasiminin qalibi olub.

Ən yaxşı yeni müğənni kateqoriyasında mükafat alan Smitin “In the Lonely Hour” albomu ən yaxşı pop vokal albom kateqoriyasında qalib olub.

Onun duyğulu “Stay With Me” mahnısı ilin ən yaxşı səs yazısı və ən yaxşı mahnısı mükafatına layiq görülüb.

Lakin britaniyalı fenomen ən yaxşı albom mükafatını sonda Bekin “Morning Phase” albomuna uduzub. “Morning Phase” albomu Beyonsi, Farell Uillyam və Ed Şiranın albomlarını da geridə qoyub.

Səhnəyə yeni və köhnə sənətçilər çıxmışdı. Heç zaman qocalmayan Toni Bennett “Dancing Cheek to Cheek” mahnısını Ledi Qaqa ilə birgə ifa edib. Bu ifaya görə onlar ən yaxşı ənənəvi vokal albomu mükafatının qalibi oldu.

XS
SM
MD
LG