Accessibility links

Nyu-Yorkun məşhur vağzalının 100 yaşı tamam olur


Grand Central - 100
please wait
Embed

No media source currently available

0:00 0:03:14 0:00

Grand Central - 100

Nyu-Yorkun mərkəzi vağzalının fevral ayında 100 illiyi qeyd edirli. Grand Central dünyada turistlərin altı ən çox ziyarət etdiyi görməli yerlərdən biridir.

Grand Central 1913-cü ildə inşa edilib. Vağzalın çox az dəyişmiş binası insanları bu günə qədər valeh edir.

Hər gün 700 min insan bu vağzaldan gəlib keçir. Bəziləri qatara minir, bəziləri alış-veriş edir, bəziləri isə binaya tamaşa etməyə gəlir.

Grand Central dünyada ən böyük dəmir yolu vağzalıdır. Burada 44 yeraltı platforma və 67 dəmir yolu xətti var.

Mərkəzi zalın ornamentlə bəzədilmiş pəncərələri, zərgərlik işi olan böyük saat və yaraşıqlı bilet kassaları dəfələrlə kino-filmlərdə göstərilib.

“The Fisher King” kino-filmində sərnişinlər məzkəri zalda vals oynayır.

Den Bruker Nyu York tranzit idarəsinin rəsmisidir: “Mərkəzi vağzal dəmir yolu nəqliyyatının möhtəşəmliyini göstərən, Allahın pulu olsa tikə biləcəyi tayı-bərabəri olmayan bir məbəddir.”

Den Bruker 30 ildir mərkəzi vağzalda tranzit idarəsində işləyir. Bu illər ərzində onun bu yerə bağlılığı azalmayıb: “Bu, 20-ci əsrin əvvəllərinə aid memarlıq nümunəsidir. Insanlar bu terminaldan keçəndə yuxarıda möhtəşəm tavanın gözəlliyinə əhəmiyyət verməyib. Tavan güzgü kimi düzəldilib.”

Tarixçi Castin Ferate 30 ildən artıqdır turistləri mərkəzi vağzalda bələdçilik edir. Onun sözlərinə görə, vağzal səyahətdən zövq almaq üçün tikilib: “Səyahətçi kimi sizi macəralar gözləyir, öz ulduzunuzu tapıb, arzularınızın dalınca gedirsiniz. Burada öz qatarınızı tapacaqsınız, bu da binanın dizaynının ən gözəl tərəflərindən biridir.”

Ferate turistlərə hər bir memarlıq elementinin mənasını izah edir: “İnsanlar vağzalda nəyə görə bir-biri ilə toqquşmur? Çünki döşəmədə hər lövhə ayaq uzunluğundadır. Daş lövhənin eni insanın qolunun enindədir. Daş blokların hər birinin rəngi fərqlidir, şahmat taxtası kimi.”

10 il davam edən səylərdən sonra 1968-ci ildə mərkəzi vağzalın üstündə ofis binalarının tikintisinə icazə verilmədi. Nyu-Yorkun ən görməli yerlərindən biri olan vağzal öz gözəlliyini qoruyub saxlaya bildi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG