Accessibility links

Yunanıstan hökuməti ağır iqtisadi ölçülər paketini nəzərdən keçirir


Yunanıstanın yeni formalaşdırılmış koalisiya hökuməti kredit böhranını həll etmək üçün beynəlxalq ictimaiyyətin şərtləri əsasında qəbul edilmiş ağır iqtisadi ölçülər paketini nəzərdən keçirməyə hazırlaşır.

Hökumətin açıqladığı bəyanatda bəzi vergilərin ləğv edilməsi, ictimai sektorda iş yerlərinin bağlanmasının dayandırılması və büdcə sahəsində islahatların həyat keçirilməsi prosesinin iki il müddətinə uzadılmasına çalışacağı deyilir.

Hökumətin planı Yunanıstan rəsmilərilə Avropa ölkələri və beynəlxalq maliyyə müfəttişlərinin görüşündən iki gün öncə açıqlanır.

Bazar ertəsi günü Afinada olacaq müfəttişlər Yunanıstannı ağır iqtisadi ölçülər paketinin şərtlərinin yerinə yetirilməsi prosesinin gedişi ilə tanış olacaq.
XS
SM
MD
LG