Accessibility links

Avropa İttifaqı Yunanıstana əlavə 17 milyard dollar ayrılmasını nəzərdən keçirəcək


Avropa İttifaqı Yunanıstana əlavə 17 milyard dollar ayrılmasını nəzərdən keçirəcək
Avropa İttifaqı Yunanıstana əlavə 17 milyard dollar ayrılmasını nəzərdən keçirəcək

Avropa İttifaqının yüksək səviyyəli rəsmisi avro zonasına daxil olan 17 ölkənin Yunanıstana əlavə 17 milyard dollar maliyyə vəsaiti ayıracağına ümid etdiyini bildirib. Avropa İttifaqının İqtisadi məsələlər üzrə nümayəndəsi Olli Rehn deyib ki, o, avro zonasına daxil olan ölkələrin xarici işlər nazirlərinin bazar günü keçiriləcək iclasında maliyyə vəsaitinin ayrılması ətrafında razılığın əldə olunacağına əmindir. Bu, keçən il Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondunun Yunanıstana ayırdığı 160 milyard dollar yardım paketinə əlavə olaraq ayrılacaq vəsaitdir. Həm Avropa İttifaqı, həm Beynəlxalq Valyuta Fondu Yunanıstan parlamentinin ciddi ölçülər götürməyə çağırıb. Yunanıstanın Baş naziri Corc Papandreu partlamentin iqtisadi tədbirlər paketini təsdiq etməsini istəyib.

XS
SM
MD
LG