Accessibility links

Yunan bərəsində xilasetmə işləri sona çatır [Fotoqalereya]


Rəsmilərin dediyinə görə, yanan “Norman Atlantik” bərəsindəki sərnişinlər xilas edilib və ölənlərin sayı beşə çatıb.

İtaliyanın baş naziri Mateo Renzi deyib ki, İtaliya bayrağı altında üzən bərədə yalnız kapitan və gəmi heyəti qalıb. Baş nazir xilasetmə işçilərinin səylərini yüksək qiymətləndirərək, onların dənizdəki faciənin qarşısını aldıqlarını deyib.

Rəsmilər 414 sərnişinin bərənin göyərtəsindən vertolyotlar vasitəsilə xilas edildiyini bildirib. Havanın çox soyuq olması və güclü küləyin 24 saat davam edən xilasetmə işlərini çətinləşdirdiyi deyilir.

Bərə bazar günü Korfu adasından 80 kiometr məsafədə olduğu zaman yanğın haqda siqnal göndərməyə başlayıb. Gəmi Yunanıstanın qərbində Patrasdan İtaliyanın Ankona şəhərinə istiqamət almışdı.

XS
SM
MD
LG