Accessibility links

Yunanıstanda nümayişlər zamanı üç nəfər həlak olub


Yunanıstanda nümayişlər zamanı üç nəfər həlak olub

Yunanıstanda nümayişlər zamanı üç nəfər həlak olub

Afinada hökumətin sərt tədbirlərinə etiraz olaraq izdihamlı nümayişlər keçirilib

Yunanıstan rəsmiləri Afinada hökumətin sərt tədbirlərinə etiraz olaraq keçirilən izdihamlı nümayişlər zamanı üç nəfərin öldüyünü bildiriblər.

Rəsmilər hadisə qurbanlarının etirazçılar tərəfindən yandırılmış bankın binasında həlak olduğu bildirib.

Şəhərin mərkəzində qulaqbatıran qumbaralar və gözyaşardıcı qazla silahlanmış iğtişaş polisi daş atan qəzəbli nümayişçilərlə döyüşüb.

Televiziyada polisin parlament binasına hücum etməyə cəhd göstərən 50 etirazçıya qarşı gözyaşardıcı qazdan istifadə etdiyi nümayiş etdirilmişdir.

Zorakılıqlar şimalda Salonika şəhərində də baş vermişdir.

Nümayişlər ölkənin böyük hissəsində təyyarə uşuçları, dəmir yolu nəqliyyatı və bərə xidmətinin dayandırılmasına səbəb olub. Məktəblər və özəl şirkətlər bağlanıb, xəstəxanalarda isə məhdud sayda personal işləyir.

Sosialist baş nazir Corc Papandreu dünən parlamentə 40 milyard dollar məbləğində büdcə ixtisarına dair qanu təqdim etmişdir.

XS
SM
MD
LG