Accessibility links

Yunanıstanda polis və nümayişçilər arasında qarşıdurma baş verib


Yunanıstanda polis və nümayişçilər arasında qarşıdurma baş verib
Yunanıstanda polis və nümayişçilər arasında qarşıdurma baş verib

Yunanıstan paytaxtı Afinada iğtişaş polisi və insanın iştirak etdiyi nümayiş zamanı qarşıdurma baş verib. Polis iqtisadi ölcülərə etiraz edən nümayişçilərə qarşı gözyaşardcı qazdan istifadə edib. Yunanıstanın həm ictimai, həm özəl sektoru təmsil edən iki böyük həmkarlar ittifaqı baş nazir Corc Papandreunun tətbiq etdiyi ciddi iqtisadi ölçülərə cavab olaraq nümayiş keçirir. Ölkənin hava və ictimai nəqliyyat sistemi, xəstəxanalar və məktəblərini təmsil edən həmkarlar ittifaqları, həmçinin jurnalistlər birliyi və kiçik biznes sahibləri nümayişə qatılıb. Həmkarlar ittifaqları cənab Papandreunun Beynəlxalq Valyuta Fondu və Avropa ölkələrinin 150 milyard dollarlıq yardımı müqabilində ixtisarlarına etiraz edir.

XS
SM
MD
LG