Accessibility links

Yunanıstanın baş naziri İran prezidenti ilə görüşündə həbs edilmiş amerikalıların məsələsini müzakirə edib


Yunanıstanın baş naziri Corc Papandreu İran prezidenti Mahmud Əhmədinejadla görüşü zamanı casusluq ittihamı ilə həbs edilmiş amerikalıların məsələsini müzakirə etdiyini bildirib. Danışıqların detalları açıqlanmayıb, lakin ABŞ-ın vitse-prezidenti Co Bayden cənab Papandreuya minnətdarlığını ifadə edib. Yunanıstanın baş naziri və İran prezidenti Nyu Yorkda iştirak etdikləri BMT-nin Minilliyin İnkişaf məqsədləri sammiti çərçivəsində görüşüblər. İran üç amerikalını keçən ilin iyul ayında İraqdan İran sərhəddini keçərkən həsb etmişdi. Həbs edilənlər arasında yeganə qadın olan Sara Şörd keçən həftə azad edilib.

XS
SM
MD
LG