Accessibility links

2013-cü il "Green Card" lotereyasına qeydiyyat başlandı [Video]


"Müraciət etmək üçün heç bir vasitəçilik və ya ödənişə ehtiyac yoxdur."

Hər il milyonlarla insan Amerika Birləşmiş Ştatlarında daimi yaşayış hüququ qazanmaq üçün Green Card lotereyasında bəxtlərini sınayır. Artıq bir neçə gündür ki, rəsmi adı “Müxtəliflik Viza Proqramı” olan lotoreyanın Dövlət Departamentinin rəsmi internet səhifəsində növbəti qeydiyyatına start verilib.

Ruzbeh Mazhari bəxti gətirənlər arasındadır. O, 1999-cu ildə Green Card lotereyası qazandıqdan sonra ABŞ-da məskunlaşan iranlı müxbirdir.

“Əslində mən o zaman hərbi xidmətdə idim. Bacım Ruzbeh "tez ol, mənə zəng et," deyə mesaj göndərdi. Bacıma zəng etdim, o mənə xəbəri verəndə özümü çox xoşbəxt hiss etdim… Mən evə qayıdanda ölkəni tərk edə bilməyim üçün sənədlərim var idi, mən yeddi gün qonaqlıq verdim" - deyə Ruzbeh bildirib.

2014-cü il “Müxtəliflik Viza Proqramı”nda iştirak etmək üçün ərizələrin qəbulu oktyabrın 2-i günorta saat 12-dən şənbə günü noyabrın 3-ü günorta saat 12-yə qədər davam edəcək.

Keçən il 8 miliyona yaxın insan məlumatlarını daxil etmişdi. Bu il də bu qədər insanın iştirak edəcəyi gözlənilir. Bu insanlardan yalnız 55 min nəfəri qarışıq seçim nəticəsində müəyyən olunacaq.

Nəim Kərimi İranda doğulub və 3 dəfə lotoreyada şansını sınayıb. O, lotoreya başlamazdan bir neçə saat əvvəl öz Kanadadakı evindən skayp vasitəsi ilə Amerikanın Səsinə müsahibə verib: “Mən özümü xoşbəxt hiss edirəm. Keçən bir neçə ay çox uğurlu olub. Bu mənim uğurlu mübarizəm idi. Mən universitet məzun olmuşam, ailə həyatı qurmuşam. Mən iş tapmışam. Bilirsiniz mi, mənə elə gəlir ki, uğur üçüncü dəfə deyil, dördüncü dəfə də gələ bilər.” - deyə o bildirib.

2012-ci ildən etibarən Green Card lotereyasında iştirak etmək üçün müraciətlər bütünlüklə internet vasitəsilə həyata keçirilir. İştirakçılar internet vasitəsilə müraciət edir, cavabları isə may ayında veb səhifəni yoxlamaqla əldə edirlər.

Karin Kinq ABŞ Dövlət Departamenti Viza İdarəsinin mətbuat nümayəndəsidir: “Biz çalışmışıq elə bir sistem quraq ki, müraciət edənlər hər şeyi özləri edə bilsin və müraciət etmək üçün heç bir vasitəçilik və ya ödənişə ehtiyac duymasın... Müraciət edənlər öz məlumatlarına yalnız qəbul olunanların status yoxlanışı vasitəsi ilə baxa bilərlər. Belə ki, onlar seçilib- seçilməmələrini öyrənmək üçün veb səhifəni tez-tez yoxlamalıdırlar.” -dey' o bildirib.

Lotoreya az sayda insanın ABŞ-a mühacirət etdiyi ölkələrdən immiqrasiyanı həvəsləndirir. Məsələn, Braziliya və Banqladeş vətəndaşları artıq lotereyada iştirak edə bilməzlər. Eyni zamanda bu, icazə verilən ölkələrdə miliyonlarla insanın taleyində yeni həyatın başlanğıcı deməkdir.

Mühacir Ruzbeh Məzhari deyir ki: “Bu çox uzun vaxt aldı. İndi hər şeyi kənara qoyub növbəti beş – on ildən sonra özümü harada görmək istədiyimə dair planlarımı reallaşdırmaq vaxtıdır. Və bundan 12 il sonra mən çox şadam ki, Green Card aldım. Bu dramatik şəkildə mənim həyatımı dəyişdi.”

Lotereyanın veb səhifəsi "www.dvlottery.state.gov"-dur. Burada lotereyada iştirak etmək üçün bütün təlimatlar verilir.

Bəxti gətirən ərizəçilər 2013-cü il may ayının 1-də xəbər tutacaqlar.
XS
SM
MD
LG