Accessibility links

"Green Card"la bağlı yeni təkliflər irəli sürülüb


Efe Poturoğlu

Efe Poturoğlu

Noyabr ayı prezident seçkiləri ilə bağlı işlərinə ara verib tətilə çıxmazdan öncə ABŞ Konqresi iki yeni qanun layihəsini nəzərdən keçirib. Bunlardan biri xaricilərə Amerikada yaşayış və işləmə icazəsi verən Green Card (yaşıl kard) lotereyasının ləğvi idi. Respublikaçılar tərəfindən irəli sürülən bu təklif lazimi dəstək əldə edə bilməyib. Demokratların irəli sürdüyü təklif gündəmə çıxarılsa da, tətil səbəbi ilə hələ nəzərdən keçirilməyib. Bu təklif Green Carda əlavə olaraq, müəyyən sahələrdə yüksək təhsil alan xarici tələbələrə 2 il müddətində Amerikada işləmək icazəsi ilə bağlıdır.

Butzel Long Tighe Patton hüquq şirkətinin mühacirət üzrə mütəxəssisi, vəkil Efe Poturoğlunun “Amerikanın səsi”nə bildirdiyinə görə, iki demokrat senator tərəfindən irəli sürülən bu təklif texnologiya, riyaziyyat, mühəndislik kimi sahələrdə təhsil alan 110 min məzunun Amerikada işləməsinə imkan yarada bilər. Poturoğlu seçkilərdə demokratların qələbəsinin bu qanun layihəsinin qüvvəyə minməsini təmin edə biləcəyini deyib. Vəkil bildirib ki, respublikaçılar qələbə qazanmış olsa, bu layihə cüzi düzəlişlərdən sonra təsdiqlənə bilər.

Bu arada, investorlara Green Card imkanı bağışlayan EB-5 proqramına da düzəlişlər edilib. Hazırkı EB-5 proqramına görə Amerikaya 1 milyon dollarlıq yatırım qoyanlar yaşıl karta sahib ola bilər. Eyni zamanda Amerika hökumətinin tövsiyəsi ilə bölgə və şirkətlərə 500 min dollarlıq investisiya qoyanlar da bu imkandan yararlana bilərdi.

Müddəti sentyabr ayının sonunda başa çatan bu qanun daha 3 il müddətinə uzadılıb. Prezidentin imzasından sonra 500 min dollarlıq investisiya qoyanlar Green Card-la yenidən təmin ediləcək.
XS
SM
MD
LG