Accessibility links

5 birtaniyalı və 1 kanadalı sentyabr ayında həbs edilən 30 nəfər arasında idi

Rusiyada iki aydan artıq həbsdə olan 6 Greenpeace fəalı əvf edildikdən sonra o ölkəni tərk edib. 5 birtaniyalı və 1 kanadalı sentyabr ayında həbs edilən 30 nəfər arasında idi.

Onlar Rusiyanın Arktikadakı fəaliyyətlərinin ətraf mühitə ziyan vurduğunu bildirərək dinc aksiya keçirmişdi. Fəallar dəniz quldurluğu ittihamı ilə həbs edilmiş, daha sonra isə xuliqanlıq ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Greenpeace sabha sankt peterburqda həbsdə olan digər üzvlərinin azad ediləcəyinə ümid bəslədiyini bildirib.

Bu həftə Rusiyada oliqarx Mixail Xodorkovski də daxil olmaqla, bir sıra adamlar azadlığa buraxılıb.

Bunlar arasında Pussy Riot qrupunun üzvləri də var. Əfvlər Soçi Olimpia oyunlarına iki ay qalan bir vaxta təsadüf edir.
XS
SM
MD
LG