Accessibility links

Greenpeace ətraf mühitin mühafizəsi qrupunun onlarla fəalı Fransada nüvə elektrik stansiyasına daxil olaraq atom enerjisindən istifadəyə qarşı etiraz ediblər.

Təxminən 30 nümayişçi Fransanın cənubunda yerləşən Trikastin nüvə elektrik stansiyasına daxil olub və projektorla divarlarda fəlakətli qəza riski barədə xəbərdarlıq ediblər.

Qrup prezident Fransua Hollanddan 1980-cı ildən fəaliyyət göstərən stansiyanı bağlamağı tələb ediblər.

Fransa daxili işlər nazirliyinin məlumatına görə fəallar nüvə elektrik stansiyasında təhlükəli zonalara daxil olmayıb.
XS
SM
MD
LG