Accessibility links

Amerikalıların kiçik bostanları [Video]


Kiçik sahədə əkib-becərməyin mümkün olduğunu deyən ekspertlər şəhərdə yaşayanların da öz yetişdirdiklərini yeyə biləcəklərini deyirlər.

Yemək vaxtıdır. Hazırladığı təamda istifadə etdiyi bütün tərəvəzlər Şeri Mayls-Kohenin öz bostanındandır. Şeri ixtisasca psixoloqdur. O həm ana, həm də həyat yoldaşıdır. Bu ailə Vaşinqtona ötən il köçüb. Bunlarla yanaşı o. bağbanlıqla da məşğul olur. “Mən uşaq olanda, xalamın bostanı var idi. O, kartof, soğan, müxtəlif göyərtilər əkərdi.”

Xalasından ilham alan Şeri tərəvəz əkməyə başladı. "Bizim pomidorumuz, badımcanımız, bamiyəmiz, şirin bibərimiz, müxtəlif növ göy-göyərtimiz var.”

Şeri ayda iki dəfə “Məhəbbət və Kök” şirkətindən Natali Karverdən bağa qulluqla bağlı məsləhət alır. “Məhəbbət və Kök” şirkətinin təsisçisi Meredit Çeperd kiçik sahədə tərəvəz əkənlərin sayının artdığını deyir. “Demək olar ki, amerikalıların 70 faizi bağçılıqla məşğuldur. Və 2009-ci ildən bəri bu tendensiya 20 faiz artıb.”

Qutularda, hətta şaquli vəziyyətdə divarda belə bol məhsul yetişdirmək olar. Əsas günəşin olduğu yer olsun. İnsanların özləri becərdikləri tərəvəzin həm dadı daha yaxşı olur, həm də ucuz başa gəlir.

“Mən tərəvəz almaq üçün mağazaya getmirəm, Tərəvəzlərin hamısı mənim öz bostanımdandır" deyə, kiçik bostan sahibi Kaliza Hatçensin bildirir.

Zambiyada doğulan, lakin Birləşmiş Ştatlarda boya-başa çatan Kaliza Haçensin deyir ki, bu balaca bostanının onun üçün böyük dəyəri var.

XS
SM
MD
LG