Accessibility links

Əl-Qaidənin Yəməndəki qərargahı ABŞ pilotsuz təyyarəsinin hücumu nəticəsində regiondakı ikinci əsas komandirinin öldüyünü təsdiq edib.

Ərəbistan yarımadasındakı Əl-Qaidə təşkilatı video yayımlayaraq Said əl-Şihrinin ölümünü elan edib. Ancaq hadisəsinin nə zaman baş verdiyi bildirilmir.

Yəmən höküməti əvvəllər əl-Şihrinin ölüm xəbərini bir neçə dəfə elan etmişdi.

Said əl-Şihri ABŞ-ın Quantanamo təcridxanasında beş il həbsdə olub. O, 2007-ci ildə sərbəst buraxıldıqdan sonra Səudiyyə Ərəbistanına qayıdaraq yaraqlılar üçün təşkil olunan reabilitasiya proqramında iştirak etsə də, daha sonra Yəməndə əl-Qaidə təşkilatına qoşulub.
XS
SM
MD
LG