Accessibility links

Guantanamo məhbəsində saxlanılan məhbuslar haqda yeni hərbi sənədlər açıqlanıb


Guantanamo məhbəsində saxlanılan məhbuslar haqda yeni hərbi sənədlər açıqlanıb
Guantanamo məhbəsində saxlanılan məhbuslar haqda yeni hərbi sənədlər açıqlanıb

Birləşmiş Ştatların Guantanamo məhbəsində saxladığı 700-dən çox məhbus haqda yüzlərlə yeni hərbi sənəd açıqlanıb. Vikileksin açıqladığı sənədlərdə son 9 ildə Guantanamo məhbəsində saxlanılan demək olar hər bir məhbus haqda məlumat var. Bu sənədləri üzərində işləyən The Nyu York Times qəzeti məhbusların həmin həbsxanada saxlanması üçün bəzi sənədlərin kifayət etmədiyini bildirir və bunu “qüsur” adlandırır.

2002-ci ildən indiyə qədər 600-ə qədər məhbus Gunatanmamo məhbəsindən başqa həbsxanalara köçürülüb. Orada hələ də 172 məhbus qalır. Vikileks sənədlərində həmin məhbuslar müvafiq nəzarət altında olmadıqları təqdirdə onların böyük riskə məruz qalacaqları bildirilir.

Vaşinqtondakı Amerika universitetinin Hərbi Ədliyyə Milli İnstitutunun icraedici direktoru Mişel Makkluar Guantanamo məhbəsində olanlardan bəziləri doğrudan da cəza çəkməli olduqları, bəzilərinin isə heç bir cinayət törətmədiklərini deyib.

Pentaqon Vikileksin açıqladığı bəzi sənədlərin köhnə məlumatlara əsaslandığını və bu sənədlərdəki keşikçi və istintaqçıların adları çəkildiyi təqdirdə bunun Guantanamodakı fəaliyyətlərə təsir göstərə biləcəyini bildirib.

Ağ Ev sənədlədin açıqlanmasını tənqid edib. Sözçü Cey Karney deyir ki, prezident Barak Obama söz verdiyi kimi Guantanamo məhbəsinin bağlanması yolunda kampaniyasını davam etdirəcək. Təhlilçilər isə bunun baş verəcəyinə şübhə ilə yanaşırlar. Onlar Konqresin məhbuslarla bağlı işləri geri, hərbi məhkəməyə təhvil verdiyini və məhbəsin bağlaması üçün pul ayırnğmadığını deyirlər.

Brukinqs institutundan təhlilçi Maykl Ohanlon: “Prezident Obama çətin vəziyyətdədir və o, heç nəyi dəyişə bilməyəcək.”

Həm Ohanlon, həm də Makkluar terrorçuluqda şübhəli bilinənlərin Guantanamoda saxlanması ideyasının hüquqi problemlər yaratdığını deyirlər.

Ekspertlər Vikileksin Guantanamo məhbəsindəki məhbuslarla bağlı bu açıqlamalarının məsələni yenidən gündəmə gətirdiyini, bunun isə Obama administrasiyası üçün arzuedilməs olduğunu deyirlər.

XS
SM
MD
LG