Accessibility links

Yüzdən çox həkim Quantanamo həbsxanasındakı məhbuslara yardım etmək istəyir


Quantanamo həbsxanasında aclıq elan edən məhbuslara müstəqil şəkildə tibbi yardım göstəmək üçün 150-dın çox həkim adaya getmək barədə müraciət edib. Müstəqil tibbi yardım barədə açıq məktub çərşənbə günü Britaniyanın Lancet yurnalında dərc edilib.

Məktubu imzalayanlardan biri Britaniyada yaşayan doktor Frank Arnolddur. Doktor Arnold deyir ki, belə bir addım Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin dəstəklədiyi və dünyada qəbul edilmiş səhiyyə etikasının prinsiplərindən biridir.

Quantanamo həbsxanasında 166 məhbus var və onlardan 100-ü aylardır aclıq edir. Hərbi rəsmilərin bildirdiyinə görə, onlarla məhbusa yeməyi ağıza və ya buruna boru vasitəsi ilə məcburən verilir.

Britaniyanın Guardian qəzetinin yazdığına görə, Quantanamodan 13 məhbus məhbəsdəki həkimlərin onları məcburən yedirdiklərinə görə, onlara etibar etmədiklərini və başqa həkimlər göndərilməsini istədiklərini yazıb.

Quantanamo məhbusları Birləşmiş Ştatlar hökumətindən terrorçu olmaqda şübhəli bilinənlərin məhkəmə qarşısına çıxarılmasını, artıq günahsız olan onlarla məhbusun isə azad edilməsini tələb edir.

Birləşmiş Ştatlar Hərbi Dəniz Donanmasının kapitanı, Quantanamo hərbi həbsxanasının sözçüsü Robert Durand məhbuslara zorla yeməyin onların səhhəti ilə bağlı narahatlıqlar səbəbindən verildiyini deyib. O bununla nəzarətçilərin məhbuslara qarşı humanitar addım atdığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG