Accessibility links

ABŞ-ın Ali Məhkəməsi uyğurların müraciətini təmin etməyib

  • Amerikanın səsi

ABŞ-ın Ali Məhkəməsi uyğurların müraciətini təmin etməyib

ABŞ-ın Ali Məhkəməsi uyğurların müraciətini təmin etməyib

ABŞ-ın Ali Məhkəməsi Quantanamoda hərbi həbsxanada saxlanan uyğurların apellayasiya müraciətini təmin etməyib. Beş uyğur məhkəmənin hakiminə Birləşmiş Ştatlara göndərilə bilmələri haqda müraciət etmişdi. Uyğurlar 9 ilə yaxın Quantanamoda saxlanıb keçən ilə azad edilmişdi. Lakin onlar Sakit okeanında yerləşən Palauda, ya da adı açıqlayan başqa bir ölkəyə göndərilmək haqda təklifi rədd etmişdi. Pekin onların BMT-nin terrorçu təşkilatlar siyahısına salınmıış Şərqi Türküstan İslam Hərəkatının üzvü olduqlarını deyərək, beş nəfərin Çinə qaytarılmasını tələb edib. Lakin Birləşmiş Ştatlar onları Çinə göndərmək, ya da ABŞ-da qaçqın statusu verməkdən imtina edib. Quantanamoda saxlanan digər uyğurlar Albaniya, Bermud adaları, Palau və İsveçrəyə göndəriliblər.

XS
SM
MD
LG