Accessibility links

ABŞ-da erməni təhcirini soyqırım kimi nəzərdə tutmayan alimi ittiham edən təşkilat təkzib verib və alimə təzminat ödəyib

  • Amerikanın səsi

ABŞ-da erməni təhcirini soyqırım kimi nəzərdə tutmayan alimi ittiham edən təşkilat təkzib verib və alimə təzminat ödəyib

ABŞ-da erməni təhcirini soyqırım kimi nəzərdə tutmayan alimi ittiham edən təşkilat təkzib verib və alimə təzminat ödəyib

“Osmanlı Türkiyəsində erməni qətliamları” adlı kitabında amerikalı alim Günter Levi 1915-ci il erməni təhcirinin soyqırım adlandırılması üçün kifayət qədər dəlilin olmadığını yazmışdır.Alimi ittiham edən təşkilat uzlaşma nəticəsində onun haqqında yazdıqlarını təqzib etmiş və ona təzminat ödəmişdir.

1915-ci il hadisələrinin soyqırım kimi qiymətləndirilməli olmadığını dediyinə görə Southern Poverty Law Center-in (media hüquqlarını müdafiə təşkilatı) tənqid və Türkiyənin xeyrinə işləmək ittihamlarına məruz qalan amerikalı professor Günter Levinin həmin təşkilata qarşı qaldırdığı məhkəmə işi Cənab Levinin xeyrinə başa çatıb. Amerikanın səsinin türk xidməti Günter Levi ilə müsahibə keçirib.

“Osmanlı Türkiyəsində erməni qətliamları” adlı kitabında amerikalı professor Günter Levi 1915-ci ildə baş verən hadisələrin soyqırım adlandırılması üçün kifayət qədər dəlilin olmadığını yazmışdır. ABŞ-ın media hüquqlarını müdafiə təşkilatı olan Southern Poverty Law Center professor Levini Türkiyənin xeyrinə işləməkdə ittiham etmişdi. Cənab Levinin müraciəti nəticəsində məhkəmə işinin açılmasından iki ay sonra Southern Poverty Law Center ondan üzr istəmiş və onun əleyhinə işlətdiyi sözləri geri götürmüşdür. Günter Leviyə təzminat da ödənmişdir.

Professor Levini təmsil edən Türk Amerika Hüquqşünaslıq fondunda vəkil Brüs Feyn məhkəmə işinin nəticələrilə bağlı açıqlamalar verdi.

“Erməni iddialarından fərqli bir yanaşma tərzinə malik olanların rüşvət aldığı və ya əsl alim olmadıqlarına dair mülahizələr rədd edildi. Bunun nəticəsi olaraq, Southern Poverty Law Center kimi sayımlı bir təşkilat vəziyyətin belə olmadığını deməyə məcbur oldu. İkincisi, professor Levi çıxardığı nəticələri müdafiə etmək imkanı qazandı. Bilirsiniz ki, professor Levi kiminsə öldürülmədiyini və ya faciənin baş vermədiyini demir. O hər iki tərəfdə ölənlərin olduğunu qəbul edir. Lakin Osmanlı hakimiyyətinin erməni əhalisini tamamilə, ya da qismən məhv etməyi planlaşdırdığına, ya da belə bir niyyəti olduğuna dair tarixi bir dəlilin aşkar edilmədiyini bildirir. Nəhayət, bu fikri bölüşən bir sıra elm adamlarının mövcud olduğu bəlli oldu. Bu məhkəmə işinin tarixi hadisələrin araşdırılması ilə bağlı işlər üçün nümunə olacağını düşünürük. Tarixin öyrənilməsi baxımından bir uğur əldə etdiyiyimizi fikirləşirik. Tarixi gerçəklərin siyasi təsir və təzyiqlərlə deyil, tədqiqat nəticəsində müəyyən edilməsi olduqca böyük əhəmiyyət daşıyır.”

Professor Levi deyir ki, mərkəzin onu kiməsə xidmət etməkdə ittiham etməsi onun alim kimi obyektivliyini sual altına almış oldu. Bu isə onun sözlərinə görə, qəbuledilməzdir.

“Bir alim kimi mənim adım üçün bu, mühüm proses idi. Satılmış bir elm adamı, başqa bir hökumətə işləmək və ya hər hansı bir qrupa xoş gəlmək üçün yazı yazan bir adam kimi tanınmaq insanın ləyaqətini ləkələyir. Satılmış alim elm adamı ola bilməz. İlk vəzifəm, adımı təmizləmək idi. Bu məhkəmə işinin təhdid edilmiş və ya sındırılmış başqa adamların səsinin duyula biləcəyinə ümid edirdim.”

Amerikanın səsinin suallarını cavablandıran professor Levi alimlər arasında ab-havanı təsvir edib. “Çox təəssüf ki, ermənilər medianın bir hissəsini 1915-ci ildəki faciənin onların özlərinin başa düşdükləri kimi baş verdiyinə inandıra biliblər. Bunu sual edən hər bir adama hadisələri inkar edən bir şəxs damğası vurulurdu. Belə təzyiqlər var. Bunun əksini söyləmək çətinləşdi. Yəni bu məsələdə bir təhdid atmosferi var.”

1915-ci il hadisələrinin necə qiymətləndirilməsi məsələsinə gəldikdə, professor Levi deyir ki, erməni iddiaları ümumi bir fikir kimi qəbul edilib. O zaman Osmanlı imperatorluğu dövrü ermənilərin soyqırımı haqda iddiaların belə yayılması necə izah edilə bilər. Professor Levinin fikrincə, bunun səbəbi türk tərəfin öz mövqeyini təsirli bir şəkildə izah edə bilməməsi ilə bağlıdır.

“Haqq işi var, lakin bunu təsirli şəkildə izah edə bilmirlər. Bunun müqabilində ictimaiyyəti inandırmaqda ermənilər son dərəcədə müvəffəq bir yol tapdıqlarını nümayiş etdirdilər.”

Professor Levi hesab edir ki, erməni soyqırımı iddiaları məsələsində ümumi fikrin olmasına baxmayaraq, Yaxın Şərq və Türkiyə tarixçilərinin əksəriyyəti bununla bağlı suallar qaldırır.


Reportajı sağ küncdəki "MP3" adlı linkə daxil olmaqla dinləyə bilərsiniz.

XS
SM
MD
LG