Accessibility links

O, dələduzluq və cinayəti bilərəkdən gizlətməkdə ittiham olunur

Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın işi üzrə cinayət işinin istintaqı başa çatıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.2 (dələduzluq) və 307.2 (cinayəti bilərəkdən gizlətmək) maddəlıri ilə cinayət işi qaldırılıb.

Bu il fevralın 13-də həbs edilən G.Əhmədova həmin maddələr üzrə əmlakı müsadirə olunmaqla 12 ilədək azadlıqdan məhrum edilə bilər.

Həbsə Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin açıqladığı videolar səbəb olub. Gizli kamera ilə çəkilmiş videlarda G.Əhmədova və onun əlaltısı olmuş Sevinc Babayevanın E.Abdullayevin deputat seçilməsi üçün ondan 1 mln. dollar alması ilə bağlı söhbət aparır.

G.Əhmədovanın vəkili Raqif Mustafayev bildirib ki, hazırda cinayət işi ilə tanış olur.
Onun sözlərinə görə, G.Əhmədova ona qarşı irəli sürülən ittihamlarla razı deyil. Belə ki, G.Əhmədova E.Abdullayevin yaydığı videoların montaj olduğunu qeyd edərək həmin videoları əsassız sayıb.

Vəkil deyib ki, buna baxmayaraq, ibtidai istintaq sübutlar siyahısından bu materialları çıxarmayıb.

Sabiq deputatın səhhətinə gəlincə, R.Mustafayev onun səhhətinin “həmişəki kimi” olduğunu bildirib.

Qeyd edək ki, G.Əhmədova bundan əvvəl səhhətinin pis olmasından şikayətlənib.
Vəkil məhkəmə prosesinin nə zaman başlayacağını bildirməyib
XS
SM
MD
LG