Accessibility links

Bakıda “Gül bayramı” (yenilənib) [Fotoqalereya][Video]


Gül bayramına görə yol bağlanıb
please wait

No media source currently available

0:00 0:01:21 0:00

Gül bayramına görə yol bağlanıb

Heydər Əliyev parkı nəzarətə götürülüb, jurnalistlər də çəkiliş üçün buraxılmır

Mayın 10-da Bakıda keçirilən Gül bayramı ilə əlaqədar Azərbaycana dünyanın müxtəlif ölkələrindən 6 milyon gül gətirilib”.

Bunu Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov jurnalistlərə açıqlamasında deyib.

İcra başçısı bu il Azərbaycana hətta Afrikadan da güllər gətirildiyini açıqlayıb.

***
Mayın 10-dan səhər saatlarından keçmiş prezident Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Bakıda Heydər Əliyev adına parkda “Gül bayramı” başlayıb.
Baklda "Gül bayramı"
Baklda "Gül bayramı"
Hər il olduğu kimi bu il də gül pavilyonlarında yüzlərlə növ müxtəlif gül növləri nümayiş etdirilir. Heydər Əliyevin heykəli gül çələngləri ilə bəzədilib, güllərdən müxtəlif kompozisiyalar düzəldilib. Bir sözlə burada xarici ölkələrin və yerli istehsal olan 6 milyondan çox gül var.

Amma, “Gül bayramı”na rəsmi start verilsə səhər saatlarında
Baklda "Gül bayramı"
Baklda "Gül bayramı"
insanları park ərazisinə buraxmırlar. Park müxtəlif xidmətlərin nəzarətindədir. Prezidentin “Gül bayramı”nda iştirak üçün gələcəyi gözlənilir. Bu səbəbdən park ərazisinə jurnalistləri də buraxmırlar. Bu zaman yalnız Azərbaycan Dövlət Televiziyası çəkiliş apara bilər.

Yerli medianın yaydığı məlumata görə indiki anlarda prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə "Gül bayramı"na qatılıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG