Accessibility links

Narkotikin 210 kiloqramı Rusiyaya Avropadan idxal edilən güllərin arasından aşkar edilib

Son günlərdə Milli Təhlükəsizlik Nazirliyi narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan şəxslər ifşa edib, onlardan ümumilikdə 212 kiloqrama yaxın narkotik vasitə aşkar edərək götürüb.

Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatına görə, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federal Təhlükəsizlik Xidmətinin birgə əməliyyatı nəticəsində, Azərbaycanın Göyçay rayonunda anadan olmuş, Rusiya vətəndaşı Nadir Abdullayev və qeyriləri satış məqsədilə 210 kiloqram həşişi Moskva şəhərinə apararkən yaxalanıb. Müəyyən edilib ki, həmin narkotik vasitələr qaçaq yolla Avropa ölkələrindən birinin ərazisinə keçirilib və oradan satış üçün Rusiyaya idxal olunan güllərin içərisində gizlədilib.

MTN digər iki əməliyyat tədbiri nəticəsində “İran-Azərbaycan” marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasının qarşısı alıb. Əməliyyatlar nəticəsində 205 qram heroin və 1 kiloqram 762 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. .

Bütün faktlarla bağlı cinayət işləri başlanıb, şübhəli bilinən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işləri üzrə bütün halların araşdırılması üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
XS
SM
MD
LG