Accessibility links

Gülağa Aslanlı: Milli Şuranın 2015-ci ilədək nəyəsə nail olacağına ümidli deyilik [Video-müsahibə]


Gülağa Aslanlı: Milli Şuranın 2015-ci ilədək nəyəsə nail olacağına ümidli deyilik
please wait

No media source currently available

0:00 0:08:11 0:00

Những tân sĩ quan của quân đội Hàn Quốc tham dự lễ nhập ngũ chung của 6,478 sĩ quan quân sự mới của lục quân, hải quân, không quân và thủy quân lục chiến tại Tổng hành dinh quân đội ở Gyeryong, nam Seoul.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlının Amerikanın Səsinə müsahibəsi

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Amerikanın Səsinə müsahibəsində Müsavat Partiyasının Milli Şuranı tərk etməsinin səbəbləri, partiyanın gələcək fəaliyyətindən danışıb və ittihamlara cavab verib.

Gülağa Aslanlının fikrincə, Milli Şura prezident seçkilərində iştirakla bağlı yaradılmış birlik idi.

“Milli Şura vasitəsi ilə Müsavat Partiyası istədiyi nailiyyəti əldə edə bilmədi. Hakimiyyətin seçki yolu ilə dəyişdirilməsinə nail ola bilmədik. Seçicilərin aktivliyində elə də kütləvilik olmadı, ziyalıların seçki prosesində kütləvi iştirakı mümkün olmadı, seçkilərdən sonra keçirilən mitinqlərdə də əhalinin sayının artımına nail ola bilmədik”.

Müsavat Partiyası Milli Şuraya hədəflərin dəqiqləşdirilməsi, icra aparatının, idarə heyətinin işlək mexanizminin yaradılması və yaxşılaşdırılması ilə bağlı təkliflər verib.

“Təəssüflər olsun ki, bu təkliflər üç ay müddətində müzakirəyə belə çıxarılmadı. Belə olan halda Müsavat Partiyası Milli Şuradakı təşkilatlara ikitərəfli müttəfiqlik barədə müraciətlər etdi, bu da qəbul edilmədi. Əgər Milli Şuradakı partiya və təşkilatlar Müsavat Partiyası ilə müttəfiqlik və əməkdaşlıq etmək istəmirsə, onda onların üzvlərinin iştirak etdiyi Milli Şurada hansı müttəfiqliyi həyata keçirə bilərik. Buna göRə də Milli Şuranı tərk etdik”, Aslanlı qeyd edib.

Onun dediyinə görə, Müsavat Partiyası öz tərəfdaşları və Məmməd Əmin Rəsulzadə ideyasının daşıyıcıları ilə birgə hakimiyyətin dinc yolla dəyişdirilməsi yolunda mübarizəsini sonadək davam etdirəcəyində israrlıdır.

“Biz qarşımıza xalqla bütövləşmək məqsədi qoymuşuq”.

Aslanlı bildirib ki, Milli Şura hakimiyyətin dinc yolla dəyişdirilməsi hədəfinə nail ola bilməyib.

“Hakimiyyətin növbəti dəyişdirilməsi ya 2015-ci ildə parlament seçkiləri, ya da 2018-ci ildə keçiriləcək prezident seçkiləri zamanı mümkün ola bilər. 2015-ci ilədək Milli Şura indiki strukturu illə nəyəsə nail olacağına o qədər də ümidli deyilik. Kimlər buna ümidlidirsə, çox yaxşı, yollarına davam etsinlər”, o qeyd edib.

Başqan müavininin fikrincə, siyasət mümkün olanın həyata keçirilməsidir.

“2015-ci ildə elə situasiya yarana bilər ki, bugünkü qüvvələr yenə bir yerdə seçkiyə də gedə bilər. 2015-ci ilədək Milli Şura daha da güclənə də bilər və yaxud buraxıla da bilər. Hər şey ola bilər. Ona görə də bu gün 2015-ci il üçün proqnoz vermək, sonra da bu baş tutdu demək o qədər böyük uğur deyil”.
XS
SM
MD
LG