Accessibility links

Məhkəmə Gülağa Aslanlıya xəbərdarlıq edib, onu söyənə isə 10 sutka verib [Audio-Müsahibə]


Gülağa Aslanlı

Gülağa Aslanlı

Cəmil Həsənlinin MSK-da səlahiyyətli nümayəndəsinin məhkəmə zalından Amerikanın Səsinə müsahibəsi

Binəqədi rayon məhkəməsi Gülağa Aslanlıya xəbərdarlıq edib.

Musavat başqanın müşaviri Mustafa Hacıbəylinin Amerikanın Səsinə verdiyi məlumata görə məhkəmnin birinci hissəsində Gülağa Aslanlını söyən şəxs-İbrahim Ələkbərova 10 sutka həbs cəzası verilib.
---------------------------
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Mərkəzi Seçki Komissiyasında (MSK) səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı ilə bağlı işə Binəqədi məhkəməsində baxılır.


Gülağa Aslanlı Amerikanın Səsinə məhkəmə zalından müsahibə verib. Aslanlı İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsilə (kiçik xuliqanlıq) ittiham edildiyini bildirib. Guya oktyabrın 13-də səhər saatlarında zibil atarkən kimisə təhqir edib.

“Mən heç kimi təhqir etməmişəm. Bu işlərin əsas məqsədi mənim MSK-nin iclasında iştirakımın qarşısını almaqdır”, G.Aslanlı bildirib.

Aslanlı həmçinin inzibati qaydada həbsini də gözləyir. “Hər şey ola bilər. Bunlar mənim MSK-nin iclaslarında iştirakımın qarşısını almaq üçün inzibati qaydada həbs qərarı da çıxara bilərlər”.

G.Aslanlı MSK-nın 13 oktyabr toplantısında prezident seçkilərindəki saxtakarlıqlara dair Milli Şuranın sənədlərini MSK-ya təqdim etməli idi. Amma səlahiyyətli nümayəndə saat 9.30-da kimisə təhqir etməsi adı ilə polis tərəfindən saxlanılıb. İki-üç saat saxlandıqdan sonra sərbəst buraxılan G.Aslanlı bu hadisə ilə bağlı mətbuat konfransı keçirib.

Səhahiyyətli nümayəndə mətbuat konfransında saxlanmasını, kimisə təhqir etməsi haqda ittihamı qurama adlandırıb. Əsas məqsədin Milli Şuranın seçki saxtakarlıqlarını işfa edən sənədlərinin MSK-ya daxil olmasının qarşısını almaq olduğunu qeyd edib.
XS
SM
MD
LG