Accessibility links

Türkiyə rəsmiləri bildirir ki, polis Hizmət hərəkatı ilə əlaqəsi olduğu iddia edilən onlarla sahibkarı dövlət çevrilişi etməyə cəhd göstərdiyinə görə həbs edib.

Rəsmilər deyir ki, əməliyyat cümə günü Konya şəhərində keçirilib. Saxlanılanlar arasında polis rəsmiləri də var.

Şübhəlilərin ABŞ-da yaşayan ruhani lider Fətullah Gülənlə əlaqəsi olduğu iddia edilir. Prezident Rəcəp Tayyip Ərdoğan onu Türkiyə hökumətini devirməyə cəhd göstərməkdə günahlandırır. Reydlər Konya və 10 yaxın digər vilayətlərdə keçirilib.

Hökumət cənab Güləni nazirlərin də ittiham edildiyi 2013-də baş verən korrupsiya skandalına başçılıq etməkdə günahlandırır. Amerikanın Pennsilvaniya ştatında yaşayan Fətullah Gülən bu iddiaları rədd edir.

XS
SM
MD
LG