Accessibility links

Müstəqil jurnalist Gülər Mehdizadənin ölkədən çıxışına qadağa qoyulub. Bu barədə Meydan TV -yə jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, martın 19-da Türkiyəyə gedərkən sərhəddən buraxılmayıb: “Çıxışıma hansı səbəbdən qadağa qoyulduğunu izah etmədilər. Bir müddət öncə də Gürcüstana gedərkən sərhəddən geri qaytarmışdılar. Sonra vergi fəaliyyətimi yoxlamağa başladılar. Əsasən Meydan TV ilə əməkdaşlıq etməyimlə, oradan aldığım pulla maraqlandılar. Bildirdim ki, mən Meydan TV ilə əməkdaşlıq etməmişəm. Yalnız başqa media orqanlarına, şəxsi bloquma yazdığım bir neçə yazı istinadla orada dərc olunub. Bundan başqa, məni heç Meydan TV ilə bağlı istintaqa da çağırmayıblar. Belə olan halda hansı əsasla ölkədın çıxışıma qadağa qoyulub?”

Jurnalist səfərə çıxmazdan öncə Respublika Prokurorluğu ilə əlaqə saxlayıb. Ona “məsələni vergi müfəttişinə deyin, problem olmayacaq” cavabı verilib. Ancaq o yenə də sərhəddən buraxılmayıb.

Gülər Mehdizadə əlaqədar qurumlara sorğu göndərdiyini, əgər problemi həll olunmazsa, məhkəməyə üz tutacağını deyir.

XS
SM
MD
LG