Accessibility links

Gülər Əhmədovanın ürəyi gedib


Gülər Əhmədova (Foto Publika.az saytından götürülüb)
Gülər Əhmədova (Foto Publika.az saytından götürülüb)

Məhkəmə noyabrın 25-dək təxirə salınıb

Noyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi noyabrın 25-dək təxirə salınıb.

Proses başlamazdan əvvəl Gülər Əhmədovanın səhhəti pisləşib, ürəyi gedib. O, məhkəmə nəzarətçilərinin köməyi ilə zaldan çıxarılıb. Sonra məhkəməyə təcili yardım çağırılıb.

Bu günkü prosesdə vəkil çıxış etməli idi.

Ötən prosesdə çıxış edən dövlət ittihamçısı Eldar Həmzəyev Əhmədovanın 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.
XS
SM
MD
LG