Accessibility links

Gülər Əhmədovanın həbs xəbəri təkzib edildi


Baş Prokurorluq keçmiş deputatın həbs olunması barədə məlumatları inkar edib

Hakimiyyətə yaxın İnternet nəşrlərin bəzisi və sosial şəbkələrdə keçmiş deputat Gülər Əhmədovanın həbs olunduğu bildirlir.

Baş Prokurorluq keçmiş deputat Gülər Əhmədovanın həbs olunması barədə məlumatları təkzib edib.

“Hazırda cinayət işi üzrə zəruri prosessual hərəkətlər həyata keçirilir. İstintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - Baş Prokurorluğun mətbuat xidməti bildirib.
Sabiq deputat Gülər Əhmədova bu günlərdə hakim Yeni Azərbaycan Partiyasının sıralarından xaric edilib.

Deputat yerlərinin satışı ilə bağlı qalmaqalda adı hallanan G.Əhmədova deputat kreslosundan isə bundan əvvəl, fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin rektoru Elşad Abdullayev tərəfindən ilk video yayımlandıqdan sonra məhrum edilib. Həmin videoda o, Elşad Abdullayevə parlamentə deputat seçiləcəyini vəd edərək ondan 1 mln. dollar alınır.

Ötən gün Elşad Abdullayev növbəti videonu yayımlayıb. Bu videoda G.Əhmədovanın köməkçisi 1 mln. dolların Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə çatdırıldığını və E.Abdullayevin deputat seçilmək məsələsinin “artıq həll olunduğunu” bildirir.
XS
SM
MD
LG