Accessibility links

Sentyabrın 30-da Gülər Əhmədovanın işi üzrə hazırlıq iclası olacaq


Keçmiş deputat Gülər Əhmədova
Keçmiş deputat Gülər Əhmədova

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Əhmədova rüşvət müqabilində deputat mandatı videsundan sonra həbs edilib

Həbsdə olan Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın cinayət işi üzrə hazırlıq iclası sentyabrın 30-na təyin edilib. Bu barədə Amerikanın Səsinə Bakı Ağır Cinayətlər Məhkəməsindən bildiriblər.

Məhkəmə prosesinə hakim Əlisultan Osmanov sədrlik edəcək.

Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusi ilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə) maddələri ilə ittiham olunur.

Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayevin deputat mandatı almq üçün rüşvətlə bağlı yaydığı videodan sonra 2013-cü il fevralın 13-də Gülər Əhmədova həbs edilib.

Gülər Əhmədova barədə yayılmış video cəmiyyətdə geniş rezonans doğururb. Bir sıra siyasi partiyalar videoda adı hllandırılan yüksək vəzifəli dövlət məmurlarının cəzalandırılmasını tələb edir. Videoda rüşvət qalmaqalında adı keçən Sevinc Babayeva istintaqdan qaçaraq Türkiyəyə gedib. Babayeva Türkiyədə müəmmalı şəkildə ölüb. Qohumları və Elşad Abdullayev Babayevanın zəhərlənərək öldürüldüyünü bildirsə də Azərbaycan istintaq orqanları ürək çatışmamazlığından öldüyü barədə məlumat yayıb.

Prezident seçkilərində namziədlərin debatında Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli yenidən Gülər Əhmədova ilə bağlı videoları yada salıb və dövlət rəhbərlərini cinayətdə suçlayıb.
XS
SM
MD
LG