Accessibility links

İran prezidenti ABŞ-ı tənqid edir (YENİLƏNİB)

  • Amerikanın səsi

İran prezidenti ABŞ-ı tənqid edir (YENİLƏNİB)

İran prezidenti ABŞ-ı tənqid edir (YENİLƏNİB)

İran prezidenti Mahmud Əhmədinejad Obama administrasiyasını Yaxın Şərqdə proseslərə müdaxilə etməkdə günahlandırıraraq tənqid edib. Bu il ilk mətbuat konfransı zamanı danışan cənab Əhmədinejad deyib ki, ABŞ və qərb ölkələrinin Liviya və Bəhreyn kimi ölkələrin daxili işlərinə müdaxilə etməsi İsrailin xeyrinə yönəlib. Cənab Əhmədinejad habelə deyib ki, ABŞ İranla diplomatik münasibətləri ədalət prinsipinə uyğun olaraq qurmalıdır. Bu açıqlamlar dövlətə məxsus mətbuatın İran prezidentinin BMT-nin Baş Katibi Ban Ki Munla telefon söhbəti zamanı Qərbin Yaxın Şərqdə regional münaqişələrə müdaxilə etməsindən şikayət etdiyi haqda məlumat yaydıqdan sonra verilir.

İrandan verilən xəbərlərə görə, cənab Əhmədinejad BMT-nin baş katibinə deyib ki, bəzi Avropa ölkələri və Birləşmiş Ştatların Bəhreyn və Liviya kimi ölkələrin daxili işlərinə müdaxilə etməsi bu ölkələrdə vəziyyəti daha da mürəkkəbləşdirir. İran körfəzində yerləşən ərəb ölkələri Tehran Bəhreynə Səudiyyə Ərəbistanın silahlı qüvvələrinin yerləşdirilməsinə etiraz etydikdən sonra İranı onların daxili işlərinə müdaxilə etməkdə günahlandırıb. Şiə İran Səudiyyə Ərəbistanını əksəriyyətdə olan şiələrin sünni hakim ailənin hakimiyyətinə etiraz etdiyi Bəhreynə silahlı qüvvələrini göndərdiyinə görə tənqid edib.

XS
SM
MD
LG