Accessibility links

Hərbçi tabor komandirini güllələyib


Avtomat
Avtomat

Faktla bağlı cinayət işi başlanıb

Azərbaycan Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində insident qeydə alınıb.


APA-nın məlumatına görə, hərbi hissənin müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) İlkin Məhərrəmovun tabeliyindəki avtomat silahdan atəş açılıb.

Nəticədə güllə tabor komandiri mayor Emil Əsgərliyə dəyib.

Zabit aldığı güllə yarasından dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanıb, hərbi prokurorluq tərəfindən araşdırma aparılır.
XS
SM
MD
LG