Accessibility links

Tajikistan qüvvələrinin sabiq zabiti, hazırda İŞİD tərkibində xidmət göstərən Gülmurod Xalimov axtarışda olan terrorçular siyahısında birinci yeri tutur. ABŞ onun ələ keçirilməsinə 3 million dollar məbləğində mükafat vəd edir.

41 yaşlı Xalimov ABŞ və Rusiyada təlimlərdən keçib. Hazırda onun İŞİD-in hərbi əməliyyatlarını həyata keçirən silahlı birləşməyə rəhbərlik etdiyi deyilir.

İŞİD liderləri Əbu Bəkr Bağdadi və Məhəmməd Adnaninin öldürülməsindən sonra o, İslam Dövləti yaraqlılarının ikinci komandiri hesab edilir.

Təhlilçilər Suriyada döyüşlər aparan Xalimovun radikal islam ideologiyasına xidmət etdiyini deyir.

Reuters-in bildirdiyinə görə, Xalimov Tacikistanın yüksək rütbəli hərbi zabitlərinə ölkələrinin müstəqillik bayramını "təbrik" edəcəyinə dair yazılı mesajlar göndərib.

XS
SM
MD
LG