Accessibility links

Gültəkin Hacıbəyli: Siyasi hakimiyyət repressiyalarla ömrünü uzatmaq istəyir [Video-Müsahibə]


Gültəkin Hacıbəyli: Siyasi hakimiyyət repressiyalarla ömrünü uzatmaq istəyir
please wait

No media source currently available

0:00 0:06:54 0:00

Gültəkin Hacıbəyli: Siyasi hakimiyyət repressiyalarla ömrünü uzatmaq istəyir

Milli Şuranın beynəlxalq münasibətlər komissiyasının rəhbəri Amerikanın Səsinə müsahibəsində siyasi məhbus problemindən danışır

Milli Şuranın beynəlxalq münasibətlər komissiyasının rəhbəri Gültəkin Hacıbəyli Amerikanın Səsinə müsahibəsində siyasi məhbus kimi tanınan şəxslərlə bağlı siyasət, Azərbyacanın Avropaya inteqrasiyası, regionda Rusiya faktoru, siyasi hakimiyyətin manevr imkanları və islahatların labüdlüyündən danışıb.

Amerikanın Səsi: Xədicə İsmayılova azadlığa qovuşdu. Beynəlxalq ictimaiyyət ölkədə siyasi mülahizələrlə həbsdə olan bütün məhbusların azadlığa qovuşmasını tələb edir. Sizcə, bu proses davam edəcək?

Ümidliyəm ki, digər siyasi məhbuslar da azadlığa buraxılacaq.

Gültəkin Hacıbəyli: Təbii, mən düşünürəm ki, bu proses davam edəcək. Xədicə İsmayılın azadlığa buraxılmasına ilk reaksiyalar da bunu deyir. Çünki, Xədicə İsmayılın azad olunmasını alqışlayan hər bir kəs, Avropa rəsmilərindən - Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədrindən, AŞ-nin insan hüquqları komissarından tutmuş ABŞ konqresmeni Con Makeynə, Freedom House təşkilatının rəhbəri Mark P. Lagon-adək, Azad Avropa radiosunun icraçı rəhbərinədək, - bu məsələlərlə bağlı münasibət bildirənlər Xədicə İsmayılın azadlığa qovuşmasını alqışlamaqla bərabər, birincisi onun tam bəraət almasını istəyiblər, eyni zamanda digər siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər. Düçünürəm ki, bu yöndə beynəlxalq basqılar davam edəcək. Ümidliyəm ki, digər siyasi məhbuslar da azadlığa buraxılacaq. (Mətn videodan sonra davam edir)

Amerikanın Səsi: Digər tərəfdən yeni həbslər var. Bu həbslər yenə davam edəcək?

Bu həbslər müəyyən mənada davam edəcək. Hakimiyyət geri çəkilir, ancaq geri çəkilməmək görüntüsünü yaratmaq istəyir.

Gültəkin Hacıbəyli: Bu həbslər müəyyən mənada davam edəcək. Hakimiyyət geri çəkilir, ancaq geri çəkilməmək görüntüsünü yaratmaq istəyir. Yəni bunu öz zəifliyi kimi yox, məsələn, hakim partiya tərəfindən Xədicə İsmayılın azadlığa buraxılmasını da Azərbaycan hakimiyyətinin humanizmi kimi təqdim etmək cəhdləri olub. Təbii ki, siyasi məhbusları azad etməklə yanaşı, hakimiyyət müəyyən sayda insanları da həbs edir. Bununla, sanki geri çəkilmədiyini, zəifləmədiyini, beynəlxalq təzyiq qarşısında yox, sadəcə öz humanist mahiyyətindən irəli gələrək bu insanları azad etdiyini bildirmək istəyir. Ancaq, bütün bunlara baxmayaraq proses gedir və hətta fraqment xarakterli bu həbslər davam etsə də, düşünürəm ki, beynəlxalq birliyin bu istiqamətdə cəhdləri daha konsentrə edilmiş, daha mərkəzləşdirilmiş bir qaydada olacaq. Siyasi məhbus probleminin həlli istiqamətində, bütövlükdə həlli istiqamətində addımlar atılacaq.

Amerikanın Səsi: Azərbaycanda siyasi motivli hesab edilən həbslərin həyata keçirilməsi haradan və nədən qaynaqlanır?

Rusiyada avtoritarizmin güclənməsi ilə Azərbaycanda avtoritarizmin güclənməsi, hətta bu prosesin etapları belə üst-üstə düşür.

Gültəkin Hacıbəyli: Təbiir ki, bir səbəb Rusiyaya arxayınçılıqdır. Yəni əslində Azərbaycan siyasi hakimiyyəti bir çox məsələlərdə Rusiyanı kalka (təkrar-red) edir. Rusiyada avtoritarizmin güclənməsi ilə Azərbaycanda avtoritarizmin güclənməsi, hətta bu prosesin etapları belə üst-üstə düşür. Vaxtaşırı Azərbaycan hakimiyyəti müxtəlif məsələlərlə manipuliyasiya edir, məsələn Dağlıq Qarabağ məsələsi və digər məsələlərlə bağlı manipuliyasiya edilir. Beləliklə, özünün imkanlarını genişləndirir. Digər tərəfdən, bu həbslərin səbəbi nədir? Bu gün əgər, Azərbaycanda siyasi məhbus olmasa idi, gündəm fərqli olardı. İndi Xədicə İsmayıl azadlığa çıxdı, bu gün gündəmdə digər siyasi məhbuslardır. 2013-cü ildə Azərbaycanda repressiya dalğası vüsət alanadək gündəm başqa idi. Yəni, Azərbaycanın Avropa Birliyi ilə ikitərəfli əməkdaşlığının dərinləşməsi məsələsi, seçki islahatları, “Seçki Məcəlləsi”nin təkmilləşdirilməsi gündəmdə idi. Hakimiyyət öz siyasi ömrünü uzatmaq, instisional islahatların həyata keçirilməsinin qarşısını almaq üçün, siyasi gündəmi bütövlükdə dəyişmək məqsədi ilə 2013-cü ildən repressiyaları artırdı, aqressivləşdi və nəticədə istər-istəməz Azərbaycan-Qərb, Azərbaycan-ABŞ, Azərbaycan-Avropa Birliyi münasibətlərinin prioritetinə siyasi məhbuslar çevrildi. Bu əsas məsələdir. Məqsəd də təbii ki, siyasi hakimiyyətin ömrünü uzatmaq, instisional islahatlar, demokratiya, insan haqları sahəsində, Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanması istiqamətində və buna gedən yolda, demokratik islahatların həyata keçirilməsi istiqamətində vaxtı uzatmaq, zaman qazanmaqdır.

Azərbaycan bir avtokratiya, hətta bəzi hallarda diktatura, korrupsiyanın kök atdığı, insan hüquqlarının kobud şəkildə tapdalandığı, yüzdən artıq siyasi məhbusu olan bir ölkə kimi dünyaya təqdim olunur.

Amerikanın Səsi: Bu həbslərin Azərbaycanın imicinə təsirləri nədir? Belə həbslər Azərbaycan-Avropa İttifaqı, Azərbaycan-ABŞ, Azərbaycan-Rusiya və Azərbaycan-İran münasibətlərinə necə təsir edir?

Gültəkin Hacıbəyli: Bu həbslərin, ilk növbədə mənfi təsiri Azərbaycan-Avropa Birliyi, Azərbaycan-ABŞ münasibətlərinədir, demokratik dünya ilə münasibətlərinədir. Sözsüz ki, demokratik dünya üçün insan haqları, demokratiya əsas dəyərdir. Bu baxımdan, bu gün Azərbaycanın Avopada və ABŞ-da, sivil dünyada beynəlxalq təqdimatı çox mənfidir. Əgər, biz son iki ildə dünya mətbuatının Azərbaycanla bağlı yazdıqlarını təhlil etsək görərik ki, bu yazıların böyük əksəriyyəti ancaq Azərbaycanın imicinin mənfi yöndə təqdimata həsr olunub. Azərbaycan bir avtokratiya, hətta bəzi hallarda diktatura, korrupsiyanın kök atdığı, insan hüquqlarının kobud şəkildə tapdalandığı, yüzdən artıq siyasi məhbusu olan bir ölkə kimi dünyaya təqdim olunur. Bu da təbii ki, xoşagəlməz bir təqdimatdır. Rusiya və İranla bağlı məsələlərə gəlincə, bu ölkələr demokratik ölkələr olmadığından, belə həbslər Rusiya və İranla münasibətlərə mənfi təsir göstərmir. Ancaq, mən hətta deyərdim ki, bu həbslər müəyyən mənada Azərbaycan-Rusiya münasibətlərinə müsbət təsir göstərir. Çünki, zaman-zaman Azərbaycanda fəaliyyət göstərən qərb institutları ilə çox yaxşı münasibətləri olan, xüsusilə vətəndaş cəmiyyəti təmsilçilərinin həbsi, Azərbaycanda qərbin, vətəndaş cəmiyyəti institutlarının, donor təşkilatlarının sıxışdırılması, bağlanılması, bank hesablarına həbs qoyulması, müəyəyn mənada Rusiya repressiv hakimiyyətinə, Rusiya avtoritarizminə uyğun bir davranışdır. Ancaq xoşbəxtlikdən bu gün dünyanın siyasi gündəmini Rusiya müəyyən etmir. Demokratiya və insan haqlarının prioritet olduğu qərb institutları, Avropa Birliyi və ABŞ kimi güclər müəyyən edir.

XS
SM
MD
LG