Accessibility links

Gültəkin Hacıbəyli: Azərbaycan Türkiyə ilə viza rejimini aradan qaldırmalıdır (audio)


Politoloq Gültəkin Hacıbəyli

Politoloq Gültəkin Hacıbəyli

Politoloqun fikrincə, Türkiyə-Azərbaycan münasibətləri hakimiyyətlərə deyil, xalqa bağlıdır

Ziyalılar Forumunun üzvü, politoloq Gültəkin Hacıbəyli Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycan-Türkiyə münasibətlərindən danışıb.


Onun fikrincə, Türkiyə-Azərbaycan münasibətləri hakimiyyətlərə deyil, xalqa bağlı münasibətdir.
“Azərbaycan və Türkiyə eyni xalqdır. Azərbaycan və Türkiyəni qan, dil, mədəniyyət, adət-ənənə birliyi bağlayır. Biz tarixin çətin sınaqlarından bərabər çıxırıq. Sovet dönəmindəki dəmir sərhədlər belə Türkiyəni Azərbaycana unutdura bilmədi”.

Politoloq iki dövlət arasında bütün istiqamətlərdə münasibətlərin davam etdiyini bildirib. “Bununla yanaşı xalq arasında olmasa da iqtidarlar arasında zaman-zaman problemlər ortaya çıxır və xalqlar bu problemlərin həlli üçün hökumətlərinə layiqli təzyiqlər edə bilir. Vaxtı ilə Türkiyə Ermənistanla sərhədi açmaq istəyərkən, bayraq krizisi zamanı da belə oldu. Hazırda isə Bakıda Şəhidlər Xiyabanındakı came açılmalıdır. Viza problemi həllini tapmalıdır”.

Xanım Hacıbəyli hesab edir ki. Azərbaycan viza rejimini aradan qaldırmaması üçün heç bir amil yoxdur. “İki böyük münaqişə problemi olan Gürcüstan Türkiyə ilə viza rejimini aradan qaldırıb. Amma, Azərbaycan eyni qanı daşıyan xalqın ölkəmizə gəlməsi üçün viza rejimi tətbiq edir. Bu qəbul edilməzdir və viza rejimi aradan qaldırılmalıdır”, - deyə o qeyd edib.
Politoloq Azərbaycan-Türkiyə hərbi siyasi əməkdaşlığı və demokratiya məsələlərində Azərbaycan üçün Türkiyə nümunələrindən də danışıb.
XS
SM
MD
LG