Accessibility links

Günəş enerjisi daha əlverişli qiymətə (video)


Günəş enerjisi daha əlverişli qiymətə (video)
Günəş enerjisi daha əlverişli qiymətə (video)

Günəş enerjisi ən təmiz və zəngin enerji mənbəyidir. Lakin enerjinin bu növunün əlverişlilik və səmərəlilik baxımdan yaratdığı problemlər də var. Bu, sistemin əsas etibarilə inkişaf etməkdə olan ölkələrdə tətbiq edilməsilə bağlıdır.

Honq Konq Elektronika yarmarkasında nümayiş etdirilən məhsulların böyük hissəsi dünyanın 1.6 milyard sakini tərəfindən istifadə edilə bilmir. Bu, dünya əhalisinin elektrik enerjisindən istifadə edə bilmədiyi dörddə-bir hissəsidir.

Elektrikləşdirilmə səviyyəsinə görə ən aşağı yerlərdə olan günəşli Afrika və Cənubi Asiya ölkələrində ucuz və daha səmərəli günəş enerjisinə təlabat var. Guangzhou günəş panel şirkətinin rəhbəri Zonq Hiao Cun inovasiyanın baş verdiyini deyir.

Günəş enerjisi daha əlverişli qiymətə (video)
Günəş enerjisi daha əlverişli qiymətə (video)

Zonq Hiao: “Məhsullarımızın rəqabətə davamlığını yaxşılaşdırmaq məqsədi ilə biz batareyaların gücləndirilməsi üzərində işləyirik. Biz enerji itkisinin qarşısını almaq üçün kontur lövhələrdən istifadə edirik. Bundan sonra biz günəş lövhələrinin səmərəliyini artırmaq üzərində işləyirik. Bu mümkündür ona görə ki, biz lövhələrin istehsalında yeni, xüsusi materiallardan və texnologiyalardan istifadə edirik.”

Günəş enerjisində problemlərdən biri əlbətdə ki, günəş saçmadığı təqdirdə nə etməli olmasıdır. Bu problemi aradan qaldırmaq üçün növbəti növ inovasiya həll yolu mövcuddur, küçə işıqlarına enerji vermək üçün nəinki, günəş enerjisi, hətta külək enerjisidə toplaya bilən hibrit sistemi. Bu sistem artıq Çində və Almaniyada istifadə edilir.

Şimali Amerika və Avropada məhdud qurğularda daha yüksək enerji əldə etmək üçün bahalı kristal silikon texnologiyasından istifadə edilir.

Günəş enerjisi daha əlverişli qiymətə (video)
Günəş enerjisi daha əlverişli qiymətə (video)

Topray Solar şirkətinin nümayəndəsi Frenk Lin deyir ki, inkişaf etməkdə olan ölkələrdə ucuz nazik plastiklərdən istifadə edilən texnologiyaya daha çox üstünlük verilir.

Frenk Lin: “Bu o deməkdir ki, bu ölkələr eyni enerjini daha ucuz qiymətə ala biləcək. Əlbəttə, bunun mənfi tərəfi böyük həcmlə bağlıdır. Amma Afrika ölkələri kimi inkişaf etməkdə olan ölkələr üçün həcm problem deyil. Ona görə ki, bu ölkələrdə geniş ərazilər mövcuddur və bu texnologiyanın quraşdırılması daha az vəsaitə başa gəlir.”

Günəş enerji sahəsində qlobal inkişaf hər il yeni səviyyəyə qalxır. Keçən il günəş lövhələrinin quraşdırılmasının həcmi rekord səviyyəyə çataraq18 heqobayt təşkil edib. Avropa günəş enerjisinin əsas istehlakçısı olmağa davam edir. İnkişaf etməkdə olan ölkələrdə günəş lövhələrinin həcminin hələ də cəmi bir faiz təşkil etdiyi təxmin edilir.

XS
SM
MD
LG