Accessibility links

Günəş enerjisi ilə işləyən təyyarə qitələrarası uçuşa çıxıb

  • Amerikanın səsi

İsveçrəli pilot yanacaqdan istifadə etməyən təyyarədə Cənubi Avropadan Şimali Afrikaya ilk tarixi uçuş edir. Səmada Amerikanın Səsinə müsahibə verən Bertrand Pikkard deyir ki, məqsəd yeni texnologiyanın praktiki mahiyyətini göstərməkdir.

“İnsanlar bunu canlı izləyə və görə bilərlər ki, bu yeni texnologiyalar və günəş enerjisi vasitəsilə biz yanacaqdan istifadə etmədən uça bilərik. Bu texnologiyalardan başqa bütün avadanlıqlarda da istifadə etmək olar,” deyə Pikkard bildirib.

Pikkard Madrid şəhərindən səmaya qalxaraq Mərakeş paytaxtı Rabata 2500 kilometrlik səfər edir. 3600 metr hündürlükdə uçan solar təyyarə bir neçə saat ərzində İspaniyanın cənub sahillərinə yaxınlaşıb. Təyyarənin yerli vaxtla axşam saat 9-da Rabata enəcəyi gözlənilir.

Solar Impulse adlı təyyarənin 63 metr uzunluğunda qanadları var ki, bunlar 12,000 günəş batareyaları ilə örtülüb. Nəhəng həcminə baxmayaraq təyyarənin çəkisi sərnişin maşının çəkisinə bərabərdir.

XS
SM
MD
LG