Accessibility links

Silahlı zorakılıqların psixoloji təsirləri VİDEO


Bu yaxınlarda Konnektikut ştatındakı orta məktəbdə baş vermiş silahlı zorakılıq bütün ölkəni şok vəziyyətinə saldı və silah hüquqları ilə bağlı qanuna yenidən baxılmanı gündəmə gətirdi.

Səhiyyə ekspertləri Birləşmiş Ştatlarda silah zorakılıqlarının insanların səhhətinə ciddi problemlər yaratdığını deyirlər.

Dekabr ayında Sendi Huk orta məktəbində baş verən qətliamdan sonra keçirilən rəy sorğuları göstərir ki, cüzi çoxluqda olan amerikalılar silaha nəzarətlə bağlı qanuna yenidən baxılmasını istəyir. Qanunda sərt dəyişikliklər edilməsindən qorxan bəzi amerikalılar isə silah və sursat alıb yığır.

Obama administrasiyası silah alqı-satqısı qaydalarına dəyişikliklər etmək istəyir.

Silah daşınması ilə qanuna ciddi dəyişikliklər edilməsini tələb ediən səhiyyə ekspertləri məsələnin yalnız silah saxlanmasında olmadığını deyirlər. Harvardın İctimai Sağlamlıq şöbəsindən doktor Dəryuş Müzəffərian Amerikanın Səsi ilə Skype vasitəsi ilə danışıb. “Bizim məqsədimiz zorakılığın qarşısını almaqdır, silah saxlamağın yox,” deyə o bildirir.

Doktor Müzəffərian artmaqda olan silah zorakılıqlarının səbəbinin video oyunları, filmlər və balaca uşaqların da baxa bilditi televiziya verilişlərinin olduğunu deyir.
“Bizim mədəni mühitimiz indiyədək misli görünməmiş səviyyədə silahlı zorakılıqları nümayiş etdirdi".

Birləşmiş Ştatlarda 300 milyona yaxın silah şəxsi əllərdədir ki, bu da ictimai təhlükəni artırır. Keçən il 11 mindən çox silahlı qətl hadisəsi, 19 min silahlı intihar qeydə alınıb.

İndi ictimai yerlərdə siqaret çəkmək qadağan edilib, təhlükəsizlik məqsədi ilə avtomobillərdə kəmər və yastıq var. “Biz silahlarda da təhlükəsizlik üçün avtomatik kilidlər qoya bilərik və bu kilidi yalnız silah sahibi aça bilər" - deyə, doktor Müzəffərian bildirir.

Səhiyyə üzrə mütəxəssis Ron Manderşid hesab edir ki, yeni silah qanununu qəbul etməklə iş bitmir. “Əgər siz bunun ictimai səhiyyə problemi kimi görürsünüzsə, onda Xəstəliklərə Nəzarət Mərkəzi icmalarda silahlı zorakılığın miqyasını araşdırmalı və bu problemin həll olunma yollarını nəzərdən keçirməlisiz.”

Lakin Konqres federal səhiyyə agentliyinin silah zorakılıqları ilə bağlı büdcəsində ixtisar edib. Silah zorakılılqarı barədə aydın təsəvvür əldə etmək üçünsə ilk növbədə agentliyin vəsaitlə təmin olunması lazımdır.
XS
SM
MD
LG