Accessibility links

Günay İsmayılovaya hücum olub [Video]


Günay İsmayılovaya hücum olub
please wait

No media source currently available

0:00 0:03:39 0:00

Günay İsmayılovaya hücum olub

Ona yaşadığı evin blokunda xəsarət yetirmək istəyiblər. Qonşular İsmayılovanı xilas edib

İsmayılova hesab edir ki, hücum onun hüquq müdafiə fəaliyyəti ilə bağlı ola bilər. Çünki bu, soyğuna oxşamır və sui-qəsdçi hətta onun əlindən çantanı almağa çalışmayıb.

"Sadəcə bu xəbərdarlıq idi.Ya həqiqətən zərbə yetirib fəaliyyətimi bir qədər səngitmək istəyirdilər.Çünki bundan əvvəl də mənə dəfələrlə başqa təzyiqlər ediblər" deyə o, bildirib.

Hüquqşünas öz fəaliyyətindən geri çəkilmək niyyətində olmadığını deyib.

***

Yanvarın 26-da saat 20.30 radələrində hüquqşünas Günay İsmayılovaya hücum olub.

İsmayılova Amerikanın Səsinə bildirib ki, yaşadığı evin blokuna daxil olan zaman 28-30 yaşlarında bir kişi heç bir söz demədən arxadan boğazından tutaraq ona xəsarət yetirməyə cəhd edib.

"O mənim boğazımdan yapışdı. Sanki ağzımı tutmağa çalışırdı. Bu zaman cəld arxaya döndüm, onun əlində nə isə var idi. Mən çığırmağa başladım və ayaqlarımla qonşunun qapısını döyəclədim. Bu zaman qonşular çıxdı və o qaçdı. Həmin şəxs bir kəlmə belə danışmadı. Orta boylu idi. Məqsədi soyğunçuluq deyildi. Çünki o mənim çiynimdəki əl çantama toxunmadı. Sadəcə əlində nə isə var idi və məni vurmağa cəhd edirdi"-deyə İsmayılova qeyd

Günay İsmayılova Daxili İşlər Nazirliyinin 102-Qaynar Xətt Xidmətinə zəng edib. Polislər hadisə yerinə baxış keçirib.

İsmayılovanın bacısı onun cizgilərini təsvir etdiyi kişini yaşadıqları evin qarşısında son günlər bir neçə dəfə gördüyünü deyib. "O hər dəfə yaşadığımız evin eyvanına baxırdı"-deyə İsmayılovanın bacısı qeyd edib.

Günay İsmayılova hüquq müdafiə təşkilatı Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) direktor müavini olub. Hazırda bu institutun hüquqlarını müdafiə edir.

RATİ-nin ofisi 2014-cü ildə axtarış aparıldıqdan sonra prokurorluq tərəfindən möhürlənib. İnstitutun çoxsaylı əməkdaşları istintaq orqanında dindirilib. Hadisə ilə bağlı rəsmi qurumlar hələ münasibət bildirməyib.

XS
SM
MD
LG