Accessibility links

Günay İsmayılovanın hücuma məruz qalması prokurorluqda araşdırlacaq [Video]


Günay İsmayılovaya hücum olub
please wait

No media source currently available

0:00 0:03:39 0:00

Günay İsmayılovaya hücum olub

Hüquqşünasa yaşadığı evin blokunda hücum olub

Yanvarın 28-də Bakı şəhərinin Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsində hüquqşünasGünay İsmayılovanın yanvarın 26-da evinin girişində hücuma məruz qalması haqqında ərizəsini qəbul ediblər.

Hüquq müdafiəçisindən ifadə də götürüblər. Polis bölməsində ona deyiblər ki, materiallar araşdırma üçün Nizami rayon prokurorluğuna göndəriləcək.

O hesab edir ki, hücum ya onu qorxutmaq, ya da onun hüquq müdafiə fəaliyyətinə mane olmaq üçün sağlamlığına ziyan vurmaq məqsədi daşıyır.

İsmayılova hücumun onun da iştirak etdiyi hüquq müdafiəçilərinə qarşı məhkəmə prosesləri başladığı zaman törədildiyinə diqqət çəkib.

Yanvarın 26-da saat 20:30-da naməlum şəxs İsmayılovaya hücum edib. 28-30 yaşlarında olan kişi onun boğazından tutub, vurmağa çalışıb. İsmayılova onun əlindən qurtarmağa müvəffəq olub və səs-küy salıb, səsə qonşular çıxıb, sui-qəsdçi qaçıb.

Günay İsmayılova Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) direktor müavinidir. Hazırda o, bu institutunun hüquqlarını müdafiə edir.

2014-cü ilin oktyabrında New York Times qəzetində onunAzərbaycanda vətəndaş cəmiyyətinin boğulması haqqında tənqidi məqaləsi dərc edilib.

XS
SM
MD
LG