Accessibility links

Gündüz Ağayev: İncəsənət adamı hər zaman öz sözünü deyəcək


Gündüz Ağayevlə müsahibə
please wait

No media source currently available

0:00 0:05:59 0:00

Parisdə satirik Charlie Hebdo dərgisinə hücum dünyanın bir sıra ölkələrində ifadə azadlığıI, küfr və din ətrafında müzakirələrin intensivləşməsinə gətirib çıxarıb. Hadisələr mətbuat azadlığının zəif olduğu ölkələrdə karikaturaçıların qarşılaşdığı risklərə diqqəti artırıb. Azərbaycanlı rəssam Gündüz Ağayev Amerikanın Səsinə müsahibədə Parisdə Charlie Hebdo dərgisinə hücum, söz azadlığı və karikaturalar ətrafında mübahisələrə münasibət bildirib

Gündüz Ağayev Parisdə satirik dərgiyə hücumu yolverilməz hal adlandırıb. Karikaturaçı Avropa ölkələrində ifadə azadlığı və nifrət məzmunlu çıxışlarla bağlı geniş müzakirələrə münasibət bildirib. “Mənim üçün bu hüdudlar olmamalıdır. Bu, absurd səslənir. İncəsənət adamı həmişə sərbəst olub, sərbəst fikir yürüdüb və tarix boyu da belə olub. Sovet dövründə də müəyyən qadağalar var idi, konkret yazıçılar, rəssamlar hansısa mövzularda işləyirdi. Amma prinsipial yaradıcı adamlar ölkəni tərk ediblər və istədikləri sözü əlverişli ölkələrdə deyə biliblər. Bundan belə qənaətə gəlmək olar ki, bu həddi etalon kimi qəbul etmək mümkün deyil.”

Charlie Hebdo dərgisinə hücumdan sonra dünyanın bir sıra yerlərində, xüsusilə də şərq ölkələrində siyasi karikaturaçılar üçün riskin artdığı deyilir. Gündüz Ağayev Parisdə terror hücumundan əvvəl də xüsusilə Şərq ölkələrində karikaturaçıların risklərlə qarşılaşması və öz ölkələrini tərk etməsi kimi halların mövcud olduğunu qeyd edib. Onun sözlərinə görə, belə bir risk demək olar hər zaman mövcuddur.

Gündüz Ağayev terror qurbanlarına həsr etdiyi son animasiyaya göstərilən reaksiyalardan danışıb: “Meydan TV-də mənim son animasiyamdan sonra gözləmədiyimiz reaksiyanı gördük. Orada kiminsə inancına toxunmamışdım. Bu, terror və fiziki təzyiqlərə qarşı bir animasiya idi. Amma biz əks reaksiyanı gördük. Onlar konkret olaraq terrorizmi dəstəkləyirlər. Bu, çox təhlükəli haldır. Buna yol vermək olmaz. Mənim animasiyamda əsas hədəf terrordur.”

Charlie Hebdo hadisələrinin dərsləri və nəticələri ilə bağlı sualı cavablandıran Gündüz Ağayev dini mövzulara ehtiyatla yanaşdığı bildirib, lakin mesajlarını çatdırmaq üçün karikaturaçı rəssam kimi öz işi davam etdirəcəyini deyib: “Özümdə bir qırmızı xətt vart, onu keçməməliyəm. Amma incənəsətlə, mədəniyyətlə mübarizəyə girişən terrorçu qurumlar, ya da hansısa bir terror təşkilatı əvvəl-axır uduzacaq. Dərs götürmək dedikdə, işləməliyik, mübarizə aparmalıyıq, cəmiyyəti aydınlığa çıxarmalıyıq ki, belə hadisələr bir də baş verməsin.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG