Accessibility links

Cəmil Həsənlinin qızının apellyasiya şikayətinə baxılması qeyri-müəyyən müddətə təxirə salınıb


Günel Həsənli və Ədilə Səlimova

Günel Həsənli və Ədilə Səlimova

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin apellyasiya şikayətinə baxılması qeyri-müəyyən müddətə təxirə salınıb. Bu barədə Amerikanın SəsinəCəmil Həsənli bildirib.

Buna müdafiə tərəfinin Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasından kassasiya şikayəti verməsi səbəb olub.

Xatırladaq ki, fevralın 22-də Yasamal Rayon Məhkəməsi Günel Həsənlini avtomobil qəzası ittihamı ilə təqsirli bilib və onu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 1 il yarım müddətinə azadlıqdan məhrum edib.

Lakin istintaqın zərərçəkmiş kimi tanıdığı Adliə Səlimova özünü zərəçəkmiş hesab etmir və cəzanı əsassız sayır. Səlimova bildirib ki, Günel o özünü pis hiss etdikdə ona kömək edib. Bununla əlaqədar olaraq Səlimova məhkəmədən Günel Həsənlini cəzadan azad etməyi xahiş edir.

Hökmdən şikayət verilib.

Aprelin 13-də Bakı Apellyasiya Məhkəməsində keçirilmiş hazırlıq iclasında vəkil Adil İsmayılov bu iş üzrə istintaqı “ədalətsiz və qərəzli” adlandırıb. O, təkrar məhkəmə istintaqının aparılması haqqında apellyasiyaya baxılması barədə vəsatət qaldırıb.

Lakin hakim Əflatun Qasımov vəsatəti təmin etməyib.

XS
SM
MD
LG