Accessibility links

Cəmil Həsənlinin qızının apellyasiya şikayətinə baxış davam edib [Video]


Cəmil Həsənlinin qızının apellyasiya şikayəti hələ də davam edir
please wait

No media source currently available

0:00 0:02:17 0:00

Cəmil Həsənlinin qızının apellyasiya şikayəti hələ də davam edir

Məhkəmə vəkillərin və “zərərçəkmiş”in zərər çəkməməsi barədə vəsatətini təmin etməyib

Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin apellyasiya şikayətinə baxış davam edib.

Fevralın 22-də Yasamal rayon Məhkəməsi Günel Həsənlini 19 sentyabr 2014-cü ildə 87 yaşlı Adilə Səlimovanı maşınla vurmaqda təqsirli bilib və onu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə bir il yarım müddətinə azadlıqdan məhrum edib.

Günel Həsənli mənə xəsarət yetirməyib. Əksinə məni xəstəxanaya aparıb. Xəstəxanaya özüm yeriyərək getmişəm. Həkimlər hər hansı xəsarətimin olmadığını bildirib. Sadəcə ayağımda duzlaşma var idi. Ona görə də Günel Həsənli mənə dərmanlar aldı.

Təqsirləndirilən şəxs özünü təqsirli bilmir, zərərçəkmiş özünü bu statusa uyğun görmür, işdə şahid yoxdur.

“Zərərçəkmiş” Adilə Səlimova bu cəzanı əsassız hesab edib. O bildirib ki, Günel onu maşınla vurmayıb, əksinə, yaşlı qadın küçədə özünü pis hiss edib yıxılanda ona kömək edib.

Apreldə Bakı Apellyasiya Məhkəməsi şikayətə istintaqla baxılmasından imtina edib. Müdafiə tərəfi Ali Məhkəməyə kassasiya şikayəti verib, bu şikayət təmin edilməyib.

Sentaybrın 11-də Bakı Apellyasiya Məhkəməsi şikayətin mahiyyəti üzrə baxışına başlayıb.

Vəkil Adil İsmayılov zərərçəkmiş kimi tanınmış Adilə Səlimovanın ayağında qırıq olduğunu əks etdirən 2007-ci il tarixli rentgen görüntüsünü təqdim edib, bundan sonra o, çətinliklə hərəkət edir. Lakin məhkəmə-tibb ekspertizası bunu “görməyib”.

Vəkil məhkəməyə təqdim etdiyi sənədin araşdırılmasını istəyib.

Sentyabrın 14-də keçirilən məhkəmə iclasında prokuror Səlimovanın 2007-ci ildə aldığı xəsarətlə bağlı rentgen məlumatının nəzərə alınmamasını məhkəmədən xahiş edib.

“Məhkəmə-tibb ekspertizası 2014-cü ildə baş verən qəza zamanı xəsarətlə bağlı arayış verib. Bu zaman Səlimovanın 2007-ci ildə aldığı xəsarətin nətixcələrinin nəzərə alınmaması vacib deyil”, o qeyd edib

Günel Həsənli və Ədilə Səlimova
Günel Həsənli və Ədilə Səlimova

Vəkil Adil İsmayılov Adilə Səlimovanın hərəkətinin məhdulaşmasının 2007-ci il xəsarəti ilə bağlı olduğunu bir daha məhkəmə heyətinindiqqətinə çatdırıb.

Adilə Səlimovanın özü də 2007-ci ildə oğlu rəhmətə gedərkən yıxıldığını və ayağının sındığını bildirib.

“Günel Həsənli mənə xəsarət yetirməyib. Əksinə məni xəstəxanaya aparıb. Xəstəxanaya özüm yeriyərək getmişəm. Həkimlər hər hansı xəsarətimin olmadığını bildirib. Sadəcə ayağımda duzlaşma var idi. Ona görə də Günel Həsənli mənə dərmanlar aldı. İndi 87 yaşım olmasına baxmayaraq özüm heç bir çətinlik çəkmədən yeriyə-yeriyə məhkəməyə gəlmişəm”, deyərək o məhkəmə zalında oturan prokurorun stoluna yaxınlaşıb və prokurorun yaında yanında əyləşib.

Bu zaman zaldan müşahidəçilərdən biri “bu məhkəmənin prokuroru sizsiniz”, deyə Səlimovaya müraciət edib.

Beləliklə, məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmə sentyabrın 23-də vəkilillərin çıxışı ilə davam edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG