Accessibility links

Cəmil Həsənlinin qızının məhkəməsi üzrə ilkin baxış təxirə salınıb


Günel Həsənli
Günel Həsənli

Bakı Apellyasiya Məhkəməsində Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin şikayəti üzrə ilkin baxış iclası başlayıb. Vəkil Adil İsmayılovun işlə tanış olması üçün iclas aprelin 13-ü saat 15-dək təxirə salınıb.

Yasamal Rayon Məhkəməsi fevralın 22-də 2014-cü il sentyabrın 19-da baş verən avtomobil qəzası ittihamı ilə Günel Həsənlini 1 il 6 ay müddətinə məntəqə tipli cəza çəkmə müəssisəsində cəza çəkməyə məhkum edib.

Günel Həsənli Amerikanın Səsinə bildirib ki, Yasamal Rayon Məhkəmənin qərarı ədalətsizdir və atasının siyasi fəaliyyəti ilə bağlıdır.

“Ümid edirəm ki, Apellyasiya Məhkəməsi şikayətimi təmin edəcək. Çünki günahım yoxdur və olmayan bir qəzaya görə mənə ən ağır cəza kəsiblər”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG