Accessibility links

Milli Şuranın sədrinin qızına qarşı məhkəmədə təkrar məhkəmə-tibbi ekspertiza təyin edilib


Günel Həsənli

Günel Həsənli

Sentyabrın 28-də Bakı Apellyasiya Məhkəməsi hakim Əflatun Qasımovun sədrliyi ilə Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin şikayətinə baxışı davam etdirib.

Şikayət birinci instansiya məhkəməsinin qərarından verilib. Xatırladaq ki, bu il fevralın 22-də Yasamal rayon məhkəməsi Günel Həsənlini 2014-cü ilin sentyabrında 87 yaşlı Adilə Səlimovanı avtomobillə vurmaqda təqsirli bilib və onu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, bir il yarım müddətinə azadlıqdan məhrum edib.

Apreldə Bakı Apellyasiya Məhkəməsi şikayətə istintaqla baxmaqdan imtina edib. Müdafiə tərəfi Ali Məhkəməyə kassasiya şikayəti verib, bu şikayət də təmin edilməyib.

Sentyabrın 11-də Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətinə mahiyyəti üzrə baxmağa başlayıb.

Sentyabrın 28-də məhkəmə müdafiə tərəfinin təkrar məhkəmə-tibbi ekspertizanın keçirilməsi və geniş tərkibdə mütəxəssislərin iştirakı ilə zərərçəkmişin müayinə edilməsi haqqında vəsatətinə baxıb. Məhkəmə vəsatəti qismən təmin edib və ekspertiza keçirilməsini qərara alıb, lakin ekspertizanın formatını dəqiqləşdirməyib.

Bununla əlaqədar olaraq məhkəmə qeyri-müəyyən müddətə təxirə salınıb.

XS
SM
MD
LG