Accessibility links

Günel Mövludun qardaşları barəsində həbs qətimkan tədbiri seçilib [Audio-Müsahibə]


Günel Mövlud (Foto Mövludun Facebook səhifəsindən götürülüb)

Günel Mövlud (Foto Mövludun Facebook səhifəsindən götürülüb)

Meydan televiziyasının redaktoru, yazar Günel Mövludun Biləsuvar rayonunda saxlanan qardaşı Vəkil İmanov barəsində 4 ay, Sumqayıtda saxlanan qardaşı Raci İmanov barəsində isə 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Bu barədə vəkil Nemət Kərimli Amerikanın Səsinə müsahibəsində bildirib.

Vəkil bu gün Biləsuvar rayonuna gedərək Vəkil İmanovun saxlanması, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə qərarları əldə edəcək, müstəntiqlə görüşəcək.

“İlk növbədə həbs qətimkan tədbirindən apellyasiya şikayəti verəcəm”, o qeyd edib.

Necə olur ki, qardaşların biri Sumqayıtda, digəri Biləsuvarda eyni vaxtda, təxminən 10-15 dəqiqə fərqlə saxlanılır?

Kərimli müdafiə etdiyi şəxslərin həbsinin bacıları Günel Mövludun fəaliyyəti ilə bağlı olduğunu düşünür.

“Qardaşalr narkotiklə saxlanıb. Azərbaycanda son dövrlər saxlanan siyasilərin əksəriyyətinə narkotik ittihamı verilib. Qardaşların hər hansı günahı yoxdur. Necə olur ki, qardaşların biri Sumqayıtda, digəri Biləsuvarda eyni vaxtda, təxminən 10-15 dəqiqə fərqlə saxlanılır?” vəkil sual edib.

Yazar Günel Mövludurn qardaşları oktyabrın 13-də narkotik ittihamı ilə saxlanıb.

Son bir neçə ildə Azərbaycanda siyasi fəallar, müstəqil jurnalistlər, və ya onların yaxın qohumları narkotik gəzdirmək, xuliqanlıq və müxtəlif cür qeyri-siyasi ittihamlarla həbs olunub.

Beynəlxalq insan haqları təşkilatları bu növ həbsləri Azərbaycan hökumətinin sivil cəmiyyətə basqılarının tərkib hissəsi hesab edir.

XS
SM
MD
LG