Accessibility links

Elm

Fəza gəmilərində günəş enerjisindən istifadə olunacaq [Video]


Delta V raketinin əsas funksiyası ABŞ hərbi fəza təyyarəsi X-37B-ni uzunmüddətli missiya üçün fəzaya daşımaq olub. Kiçik pilotsuz fəza gəmisinin adi təyyarə kimi geri qayıtması gözlənilir. Onun missiyası gizli saxlansa da, yeni texnologiyaları sınaqdan keçirilmək üçün göndərildiyi ehtimal edilir.

Raket həmçinin CubeSat adlanan kiçik peyki daşıyır. Peyk əl boydadır və qeyri-hökumət təşkilatı Planetar Cəmiyyət tərəfindən dizayn edilib.

Təşkilatın rəhbəri Bill Nye deyir ki, peyk günəş şüalarının fəza səyahəti üçün hərəkət etmə gücündən istifadə edilib-edilməyəcəyini sınaqdan keçirəcək.

Bill Nye: "Bu ilk baxışda inanılmaz görünə bilər, lakin həqiqət budur ki, günəş işığının kütləsi olmasa da o, impulsa sahibdir. Fotonların kütləsi olmamasına baxmayaraq onlar bir obyektə toxunduqda impulslar yayırlar. Bu son dərəcə kiçik impulsdur. Lakin sizin kifayət qədər böyük yelkəniniz olarsa, o, bunu hərəkət etdirəcək."

Alimlər inanır ki, bu ucuz başa gələn qüvvə fəza kəşflərini universitetlər və hətta özəl şəxslər üçün daha münasib edəcək.

İnsan saçı qalınlığında və 32 kvadrat metr ölçüdəki yelkən laboratorya şəraitində açılaraq problemsiz işləyir. Ancaq Nye deyir ki, onun orbitdə açılması və işləməsi asan olmayacaq.

Bill Nye: "İlk dəfədir sınaqdan keçiririk. Əsas məsələ, fizik gözü ilə deyil, mühəndislik gözü ilə baxsaq, yelkənin açılmasıdır. Problem bu vaxt yarana bilər."

Planetar Cəmiyyət bildirib ki, kiçik peyk öz orbitinə çatıb və sistem qaydasındadır. Peykin buraxılması iyunda nəzərdə tutulub. Bu halda günəş yelkənini Yer kürəsindən görmək mümkün olacaq.

XS
SM
MD
LG