Accessibility links

Elm

Tailand günəş enerjisindən geniş istifadə edir [Video]


Tropik Tailandda bəzi şeylər günəş enerjisi sənayesi üçün əlverişli görünür.

2015-ci ilin sonunda Tailand ümumilikdə digər Cənub-Şərq Asiya ölkələrindən daha çox günəş enerjisinə sahib olacaq.

Yüksək idxal vergisinə və təcrübəli işçi çatışmazlığına baxmayaraq Uve Konrad kimi günəş enerjisi ekspertləri bu trendin davam edəcəyinə əmindirlər.

Uve Konrad: "Tələbat getdikcə artır - xüsusən də batareya tipli günəş enerji sistemlərinə. Müştərilər rahat olmaq istəyirlər, çünki onlar da dünyadakı qeyri-sabitlikdən qorxurlar və ola bilsin ki, gələcəkdə enerji təchizatı stabil olmayacaq."

Batareya tipli günəş enerji sistemində günəşdən əldə olunan enerji uzun müddətli istifadə için saxlana bilinir.

Bu cihazların bahalığı onları gündəlik istifadə üçün əlverişsiz edir. Mütəxəssislər deyir ki, gələcək illərdə daha səmərəli versiyalar xidmətə veriləcək.

Yan Şmidt: "Elektroliser cihazı su və günəş panellərindən enerjini götürəcək və hidrogen və oksigen qazı olaraq ayıracaq."

Günəş panellərinin qiyməti getdikcə düşməkdə davam edir. Təmiz, daha səmərəli enerji mənbəyinə təlabat isə artır. Mütəxəssislər deyir ki, günəş enerjisi Asiyada tezliklə ən münasib enerji seçiminə çevriləcək.

XS
SM
MD
LG