Accessibility links

Elm

Günəş enerjisilə işləyən avtobus [Video]


Uqandada istehsal olunan və Afrikada ilk günəş enerjisi ilə işləyən avtobus ictimaiyyətə təqdim olunub. Kiira Motors şirkətinin elektriklə işləyən avtobusu “Kayoola” Uqandanın paytaxtında yerləşən stadionda nümayiş olunub.

“Kayoola” avtobusun brend adıdır və damına günəş bateryaları yerləşdirilib. Avtobusun 35 oturacağı var. Kiira Motors şirkəti ümid edir ki, “Kayoola” Afrikada günəş enerjisi ilə işləyən ilk ictimai nəqliyyat vasitəsi olacaq.

Lahiyənin baş mühəndisi deyir ki, avtobusun mühərriki demək olar ki, səssizdir.

Mario Obuva: “Bu avtobusda əslində mühərrik yoxdur. Avtobusu hərəkətə gətirən motordur. Batareya ilə işləməyə başlayır və damdakı batareyalar günəş sisteminə bağlanıb. Beləliklə motoru hərəkətə gətirən və tam dolu halında saatda 80 km qədər çıxa bilən batareyalar mövcuddur.”

“Kayoola” avtobusu günəş enerjisindən və ya elektrikdən istifadə edərək batareyaları doldura bilir. Ən yaxşı cəhəti isə budur ki, atmosferə ziyan verəcək CO2 qazı buraxmır.

Mario Obuva: “Sistem tamamilə yaşıl enerji ilə işləyir. Beləliklə ətraf-mühiti çirkləndirmək kimi işlərdən uzaqdır. Bu səbəbdən siz bu avtobusdan istifadə etmək istəyəcəksiz. Çünki gələcək yenilənəbilən və yaşıl enerjiyə əsaslanır.”

Günəş enerjisi ilə işləyən avtobus yanacaq istifadə etmədiyi üçün pula qənaət edir.

Moses Kalule Vasva: “”Kayoola” avtobusu ilə digər avtobuslar arasındakı fərq odur ki, digərləri yanacaqdan istifadə edir. Bu isə batareyalardan. Lakin sürdüyün zaman bu avtobusun digərləri kimi çəkmə gücü qüvvətlidir.”

Uqanda rəsmiləri deyir ki, “Kayoola” avtobusu Kampala tıxaclarını həll edə bilər.

“Bizim nə qədər çox seçimimiz olarsa, problemi bir o qədər rahat həll edərik.”

Prototip avtobusun qiyməti təqribən 140 min dollardır. Əgər bu modelin kütləvi istehsalına başlanılırsa qiymət 55 min dollara qədər aşağı düşəcək. Sərnişinlər bu avtobusların Uqandanın yollarında görə bilmək üçün bir az səbrli olmalıdırlar. Avtobusun rəsmi buraxılış vaxtı hələlik açıqlanmayıb.

XS
SM
MD
LG