Accessibility links

Elm

Günəş incəsənəti [Video]


Elm və incəsənəti birləşdirərək multimedia prodüseri Skot Viessinger Solarium adlanan dramatik video yaradıb.

Genna Duberstein: "Video o qədər redaktə olunub ki, siz günəşin nə qədər böyük olduğunu görə bilmərsiniz. Siz bu inanılmaz geniş səthin üzərindəsiz və siz özünüzü qızıl ilmələrin və alovlu püskürmələrin içərisində itirirsiz."

NASA-nın Günəş Dinamika Müşahidə fəza gəmisi günəşi ekstremal ultraviolet işıq şəraitində izləyir. O günəşin hər 12 saniyədə yüksək keyfiyyətdə şəklini çəkir.

Alimlər bundan günəşlə bağlı tədqiqatlarda istifadə edir. Bununla yanaşı prodüserlər bunun bədii keyfiyyətə malik olduğunu aşkar ediblər.

Genna Duberstein: "Biz bu mənzərənin gücündən istifadə edərək məsələyə incəsənət əsəri kimi yanaşırıq. Biz bunu kəsdik, rənglərini düzəltdik, görüntüləri nizamladıq. Beləliklə, siz günəşin atmosferində tamamilə azırsınız."

Video saniyədə 30 görüntü göstərir və yüksək keyfiyyətdə məlumata ehtiyacı var. Bunu dramatik əsərə çevirmək çətin işdir. Buna görə də ilk olaraq prodüserlərin bu ideyanı alimlərə satması lazımdır.

Skot Viessinger: "İnsanların bizim nə etmək istədiyimizi anlaması vaxt aldı və işə təkan verməklə bu, baş verdi."

Prinston Universitetinin tədqiqatçıları əldə olunan məlumatlardan günəşin seysmologiyasını meydana gətiriblər.

Fevral ayında açılmış Solarium sərgisi ziyarətçilərin diqqətini cəlb etməkdə davam edir. Goddard Fəza Uçuşlarının ziyarətçi mərkəzindən başqa qurulmuş şəbəkə nəticəsində digər elm mərkəzlərində də rast gəlmək olar. Prodüserlər ümid edir ki, bu həmçinin hava limanı, xəstəxana dəhlizləri kimi ictimai yerləri dizayn edən şirkətlərin də diqqətini çəkəcək.

XS
SM
MD
LG