Accessibility links

Elm

Günəş üzərindəki ləkələrin səbəbini bilirsinizmi? [Video]


Günəş ləkələri nəhəng elektromaqnetik fırtınaların səbəb olduğu odlu qığılcımlardır. Bu baş verdiyi zaman biz bunları 8 dəqiqə sonra görürük. Bu zaman kəsiyində onlar Yer kürəsinə yetişir.

Fırtına tərəfindən meydana gələn ilk yüklü hissəciklərin çatması 20-30 dəqiqə aparır. Onlar insanlar üçün təhlükəlidir. Beləliklə əgər fırtına kəskindirsə, fəza stansiyasında olan astronavtlara xüsusi qorunan ərazilərə köçməyi tövsiyə edirlər.

Bir-iki gündən sonra fırtınanın ən şiddətli hissəsi gəlir. Buna koronal kütləvi püskürmə deyilir.

Aleks Yanq: "Bu, günəşdən püskürdülən milyardlarla ton günəş materialları deməkdir. Onlar saatda milionlarla kilometr qət edirlər. Amma nisbətdə bu yavaş hesab olunur."

ABŞ Hava Qüvvələri də daxil olmaqla bir neçə dövlət təşkilatı fəzada havanı hər gün 24 saat müşahidə edir. NASA bunu astronavtları və fəza gəmilərinin həssas elektronik cihazları qorumaq, ulduzlar haqda cavablanmayan suallara aydınlıq gətirmək üçün edir. Bu suallardan biri niyə günəş ləkələrinin 11 ildən bir baş verməsidir.

Aleks Yanq: "Bununla yanaşı intensivlik bəzən yüksək, bəzən də aşağı olur. Bizim hazırda içində olduğumuz günəş dövrü əvvəlkindən çox aşağıdır."

Digər maraqlı sual - günəşin atmosferindəki istilik onun səthindəki istilikdən niyə çoxdur?

Aleks Yanq: "Hissəciklər bir birlərindən xeyli uzaqdadırlar, ancaq hissəcikləri sürəti o qədər yüksəkdir ki, temperatur qısa bir zamanda 10 minlərlə dərəcədən miliyonlarla dərəcəyə qalxır."

Bir neçə peyk müntəzəm olaraq Günəşi və onunla Yer kürəsi arasındakı ətraf mühiti şəkillər və digər məlumatlar göndərərək müşahidə edir.

Aleks Yanq: "Bu, vəziyyəti göstərən lövhədir. Günəş ətraf mühitində baş verənləri bizə göstərir. Həmçinin bütün Günəş sistemi və Yer Kürəsində gördüyümüz hadisələri."

Aleks Yanq deyir ki, biz Günəşə təfsilatlı şəkildə son 30-40 il ərzində baxmağa başlamışıq. Bizim ulduzumuzun 4 milyard il yaşı olduğunu nəzərə alsaq, bu, onun həyatının çox cüzi hissəsidir.

XS
SM
MD
LG