Accessibility links

Amerikada ilk günəş zavodu işə düşüb

2015-ci ilin dekabrında Kaliforniyanın Topaz günəş zavodunun son 80 meqavatlıq hissəsi işə salınıb, bu da onu ABŞ-da 500 meqavat enerji istehsal edən ilk günəş zavoduna çevirib. 15 kvadrat kilometr məsafədə yerləşən 9 milyon günəş panelləri olan zavod 276.000 əhalisi olan şəhərdə 160.000 evi elektriklə təmin edir.
ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir ki, günəş enerjisinin bəzi tənqidçiləri də var.

“Onların çoxu neft və qaz kimi ənənəvi enerji mənbələri ilə müqayisədə günəş enerjisinin davamsızlığını və məhdudiyyətini işarə edir. Lakin, bu sənayenin hərəkətdə olduğunu heç kəs inkar etmir”.

Amerika Birləşmiş Ştatları daxil olmaqla bir çox inkişaf etmiş ölkələr yer üstündə və damlarda quraşdırılmış günəş enerjisi toplayan panellərə böyük sərmayələr qoyur. "Günəş şəhərətrafı" kimi tanınan və sənaye miqyasında günəş enerjisini ixrac edən bir çox kütləvi strukturlar var.

XS
SM
MD
LG